Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-866/2020 18.12.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Məmmədli Elvin Namiq oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs və onun vəkili Vəkil iştirakı ilə xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 1 a, mənzil 46 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020–ci il tarixdə saat 19:05 radələrində sərxoş vəziyyətdə Mingəçevir şəhəri “Ala qapı” postuna getmiş və öz mobil telefonunda olan bir nəfər şəxsiyyəti məlum olmayan qadın cinsinə məxsus şəxsin şəkilini göstərərək, həmin şəxsin şəhərdən çıxışına qadağa qoyulmasını tələb edərək, orada xidmət aparan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri, işdə olan sənədlərlə və CD disk görüntüləri ilə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2020–ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri “Ala qapı” adlanan ərazidə ona Bakı şəhərində göndərilmiş sənədi götürmək üçün dayanan zaman Mingəçevir şəhər polis şöbəsinin dövlət yol polis bölməsinin bölmə rəisi X5 ona yaxınlaşaraq postun ərazisində dayanmamasını, oranı tərk etməsini tələb etmişdir. Lakin o, polisin xidmətinə mane olmadığını bildirmişdir. Bundan sonra Cəmşid Abbasov çıxıb getmiş, lakin təqribən 15-20 dəqiqə sonra ona Post Patrul xidmətinin əməkdaşları yaxınlaşaraq avtomobilə əyləşib polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarının tələbinə tabe olaraq post patrul avtomobilinin arxa qapısını açıb, avtomobilə əyləşmək istəyərkən, bu zaman Cəmşid Abbasov ona yaxınlaşıb baş və ayaq nahiyyəsindən vuraraq ona nalayiq söyüşlər söymüşdür. Daha sonra onu Mingəçevir ŞPŞ-nə gətirmişlər və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, həmçinin izahatında Mingəçevir şəhəri “Ala qapı” postunda xidmət aparan polis əməkdaşlarına yaxınlaşıb mobil telefonunda olan şəxsi tanışı olan bir qadının postdan keçib-keçmədiyini soruşmuşdur. Ondan sonra isə postdan 100-150 metr aralı ərazidə dayandığını, polis əməkdaşlarına nalayiq söyüş söymədiyini və polis əməkdaşının qanuni tələblərinə tabe olduğunu bildirmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in dövlət yol polis bölməsinin bölmə rəisi vəzifəsində işləyən polis mayoru, X5 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020–ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri “Ala qapı” adlanan ərazidə xidmətdə olan zaman Şəxs şəhərin çıxış hissəsində qurulmuş posta 15-20 metr yaxınlıqda dayandığını görmüş, ona yaxınlaşıb postun ərazisini tərk etməyi və polisin xidmətinə mane olmamağı tələb etmiş, lakin sonuncu onun tələbinə tabe olmayaraq ərazini tərk etməyəcəyini bildirərək, ona öz istifadəsində olan telefonda bir qadın şəkili göstərərək, həmin qadının Mingəçevir şəhərinin ərazisi tərk edəcəyi halda, polis əməkdaşlarından şikayət edəcəyini və onları işdən çıxardıracağını bildirmişdir. Bundan sonra o həmin əraziyə post patrul xidmətinin əməkdaşlarını və posta xidmətə çıxan əsgər heyətini dəvət etmiş və həmin vaxt Vüqar Ələkbərov sərxoş vəziyyətdə olduğuna görə nalayiq söyüşlər söyməyə başlamışdır. Daha sonra X6 ŞPŞ-yə gətirilərək sərxoşluq vəziyyəti yoxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Azərbaycan Respublikası Daxili Qoşunların Bərdə rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olan əsgər, Tapdıqov Şəmsi Hakim oğlu ifadəsində göstərdi ki, xx xxxxxx 2020–ci il tarixdə Mingəçevir şəhərində Mingəçevir şəhər polis əməkdaşlarına xidməti köməkliklər əlaqədar gəlmişlər. Həmin tarixdə təqribən saat 19 radələrində Mingəçevir şəhəri “Ala qapı” adlanan ərazidə xidmətdə olan zaman bir nəfər, sonradan adının Vüqar Ələkbərov olduğunu bildiyi, şəxsin dayandığını görmüş, həmin vaxt Mingəçevir ŞPŞ-in dövlət yol polis bölməsinin bölmə rəisi X13 Ələkbərova yaxınlaşaraq postun ərazisini tərk etməyi və polis əməkdaşlarının xidmətinə mane olmamağı tələb etmişdir. X12 ərazini tərk etməyəcəyini bildirmişdir. Bundan sonra Cəmşid Abbasov həmin əraziyə post patrul xidmətinin əməkdaşlarını dəvət etmiş, həmin vaxt Vüqar Ələkbərov nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra post patrul xidmətinin əməkdaşları X4 ŞPŞ-yə aparmışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili Qoşunların Bərdə rayon ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri X3 şahid Tapdıqov Şəmsi Hakim oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mincevir ŞPŞ-nin Konvoy hissəsinin polis nəfəri X8 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx xxxxxx 2020– ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhərinin “Ala qapı” adlanan ərazisində yerləşən karantin postunda xidmətdə olan zaman şəhər sakini kimi tanıdğı Vüqar Ələkbərov narazı halda ona yaxınlaşaraq, mobil telefonunda olan bir nəfər qadın şəkilini ona göstərmiş və bu qadın şəhərdən çıxarsa, hamınını işdən qovduracağını bildirmişdir. O, şəkildə olan şəxsin adını və soyadını soruşmuş, lakin Şəxs deməmiş, yalnız onları hədələməklə sözünə davam etmişdir. Belə olan halda o, spirt iyisi gəldiyinə görə Vüqar Ələkbərova postan kənarlaşmağı xahiş etmiş, lakin Şəxs 10-15 metr kənara çəkilsə də, mobil telefonunu çıxararaq, oradan keçən şəxslərin və polislərin şəkilini çəkmişdir. Həmin vaxt postu yoxlamaq üçün Mingəçevir ŞPŞ-in dövlət yol polis bölməsinin bölmə rəisi Cəmşid Abbasov onlara yaxınlaşmışdır. O, Şəxs hərəkəıtləri barədə Cəmşid Abbasova məruzə etmiş və onun postun ərazisini tərk etməyərək, onlara mane olduğunu bildirmişdir. Ona görə də Cəmşid Abbasov xidmətdə olan əsgərlərlə birlikdə Şəxs yaxınlaşmış və postun ərazisini tərk etməyi xahiş etmişdir. Lakin Şəxs onun da qanuni tələblərinə tabe olmayaraq, telefonda olan qadın şəkilini göstərərək, bütün polislərdən 102 xidmətinə şikayət edəcəyini və hamını işdən qovduracağını bildirmişdir. Ondan sonra Cəmşid Abbasov post patrul xidmətini çağırmıdır. Lakin Vüqar Ələkbərova post patrul avtomobilinə əyləşib Mingəçevir şəhər Polis Şöbəsinə getməyi təklif etsələr də, sonuncu əvvəlcə onların qanuni tələblərinə qəsdən tabe olmayaraq söyüş söyməyə başlamış, lakin sonradan razılaşaraq post patrul avtomobilinə əyləşmişdir. Bundan sonra X6 ŞPŞ-yə aparılmışdır. Həmin vaxt Şəxs qarşı heç bir zor tətbiq edilməmişdir. Çünki spirt iyisi gəldiyinə görə onun sərxoş vəziyyətdə olduğu aşkar surətdə bilinirdi. Belə olan halda Şəxs hər hansı bir zor tətbiq edilməsi istisna edilir. Onların məqsədi Şəxs sərxoş vəziyyətdə daha ciddi hüquq pozuntusu törətməsinin qarşısını almaqdan ibarət olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin post patrul xitməti bölüyünün polis nəfəri X9 şahid X8 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömərli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 19:05 radələrində Mingəçevir şəhəri “Ala qapı” postunda sərxoş vəziyyətdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. Bundan başqa Vüqar Ələkbərovun izahatında Mingəçevir şəhəri “Ala qapı” postundan 100-150 metr aralı ərazidə dayandığı, polis əməkdaşının qanuni tələblərinə tabe olduğu və Mingəçevir şəhər polis şöbəsinin dövlət yol polis bölməsinin bölmə rəisi X1 onun baş və ayaq nahiyyəsindən vurması barədə göstərdiklərinə məhkəmə tənqidi yanaşmışdır. Belə ki, Mingəçevir ŞPŞ-dən sorğu əsasında alınmış CD disk görüntülərinə baxış zamanı X2 şəhəri “Ala qapı” postuna yaxın ərazidə dayanması, polis əməkdaşlarının ona yaxınlaşaraq ərazini tərk etməsini bildirməsi müəyyən olunduğundan, həmçinin Cəmşid Abbasovun ona qarşı hər hansı zorakılıq hərəkətləri etməsi ilə bağlı istinad etdiyi dəlillər təkzib edildiyindən, məhkəmə onun bu barədə göstərdiklərini işin həqiqi hallarına uyğun saymır və işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul etmir. Göründüyü kimi inzibati xəta törətmiş şəxs formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirmiş, bu səbəbdən də məhkəmə Vüqar Ələkbərovun məhkəmə iclası zamanı bildirdiklərini əsaslı hesab etmir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2020–ci il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə Mingəçevir şəhəri “Ala qapı” adlanan ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, işdə olan materiallarla, habelə CD disk görüntüləri ilə, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibinin bütün əlamətləri məcmu halında mövcud olduğundan, o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini və inzibati xətanın sərxoş halda törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulduğundan həbsə almanın əvvəli xx xxxxxx 2020–ci il tarixdən saat 20:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx xxxxxx 2020–ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-866/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-866/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver