Məhkəmə qərarları › İş №3(051)-868/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-868/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-868/2020 18.12.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Məmmədli Elvin Namiq oğlunun katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X5 oğlunun İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1984–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Mingəçevir şəhəri Qres qəsəbəsinin yataqxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 528.1 və 529.2-ci maddələri ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Şəxs xx.xx.2006-cı il təvəllüdlü Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(014)-231/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan hər ay uşağa 70 manat sabit pul məbləğində alimentin tutulmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən qərəzli olaraq boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. Bundan başqa borclu İsmayılov X1 Şəhər Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli icra sənədi əsasında ondan 100 manat məbləğində pulun tutulmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə 2 ay müddətində yerinə yetirməmiş və bununla da səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı icra olunmamış qalmışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi icra məmurunun izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 oğlu məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolların dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(014)-231/2014 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay uşağa 70 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Hazırda Şəxs 1200 manat aliment borcu vardır. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Bundan başqa Şəxs Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli icra sənədi əsasında ondan 100 manat məbləğində pulun tutulmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə 2 ay müddətində yerinə yetirməmişdir. Ona görə də hazırki protokollarla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay uşağa 70 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin, hazırda işsiz olduğundan və maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Lakin onun Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 100 manat məbləğində inzibati cərimə edilməsindən məlumatı olmamışdır. İcra məmuru tərəfindən bildiriş ona bu gün verilmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(014)-231/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay uşağa 70 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli borlunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu barəsində axtarış elan edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(014)-231/2014 saylı qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM–in 529.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.ci-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. İş materiallarından borclunun Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli icra sənədi üzrə icra məmurunun tələbin könüllü icrası haqqında bildirişin və xəbərdarlıq məktubunun hansı tarixdə alması müəyyən olunmur.Barəsində protokol tərtib edilmiş şəxs isə bildirişin və xəbərdarlıq məktubunun xx.xx.2020-ci il tarixdə verildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Lakin məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini və şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx xxxxxx 2020–ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar