Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-869/2020 18.12.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Məmmədli Elvin Namiq oğlunun katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 oğlunun İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1984–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Mingəçevir şəhəri Qres qəsəbəsinin yataqxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 528.1 və 529.2-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Şəxs xx.xx.2006-cı il təvəllüdlü Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(014)-231/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan hər ay uşağa 70 manat sabit pul məbləğində alimentin tutulmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən qərəzli olaraq boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. Bundan başqa borclu İsmayılov X1 Şəhər Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli icra sənədi əsasında ondan 100 manat məbləğində pulun tutulmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə 2 ay müddətində yerinə yetirməmiş və bununla da səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı icra olunmamış qalmışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, həmin işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-868/2020 saylı və 3(051)-869/2020 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-868/2020 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı və xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-868/2020 saylı və 3(051)-869/2020 saylı inzibati işlər 3(051)-868/2020 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-869/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-869/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver