Məhkəmə qərarları › İş №3(051)-87/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-87/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-87/2021 05.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən daxil olmuş “xxxx” MMC –nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “xxxx” MMC barədə Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.2 və 100.3-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman qanunun qeyd edilən tələblərinə riayət edilməmişdir. Belə ki, protokol tərtib edilərkən “xxxx” MMC–nin nümayəndəsinin iştirakı təmin olunmamış, onun izahatı alınmamış, protokol onun tərəfindən imzalanmamış, protokolun surəti ona verilməmişdir. Ona görə də “xxxx” MMC qanunla müəyyən edilmiş hüquqlardan istifadə edə bilməmişdir. Protokola inzibati xəta haqqında işə xx.xx.2020-ci il tarixdə saat 12:00-da baxılması ilə əlaqədar uçot siyasəti şöbəsi tərəfindən “xxxx” MMC-yə imzalanmış bildiriş əlavə edilsə də, həmin bildirişin “xxxx” MMC-yə göndərilməsini və bildirişin ona çatmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Halbuki bildirişdə göstərilmiş ünvana (Mingəçevir şəhəri Y.Mənsurov küçəsi ev 11, mənzil 01) məhkəmə tərəfindən poçt vasitəsi ilə “xxxx” MMC-yə göndərilmiş bildiriş “bu ünvanda yoxdur” qeyd edilməklə geri qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, “xxxx” MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı m: “xxxx” MMC–nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464.4cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar