Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-870/2022 19.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 X1 və Zərərçəkmiş şəxs X9 haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Ağdam rayonu Boyəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ota təhsilli, evli, Mingəçevir şəhəri, Azdres qəsəbəsi Gənclik mərkəzində məskunlaşan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Borclu İsmayılov X7 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Mingəçevir şəhər məhkəməsinin Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədlərinin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)-1332/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 1100 manat məbləğində pulun alınıb Zərərçəkmiş şəxs verilməsi və Mingəçevir şəhər məhkəməsinin 12 avqust 2022-ci il tarixli 3(051)-1333/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 299,70 manat pulun alınıb X3 verilməsi qət edilmişdir. Beləliklə borclu tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)-1332/2022 saylı icra vərəqəsinə əsasən ondan 1100 manat məbləğində pulun alınıb Zərərçəkmiş şəxs verilməsi və Mingəçevir şəhər məhkəməsinin 12 avqust 2022-ci il tarixli 3(051)-1333/2022 saylı icra vərəqəsinə əsasən ondan 299,70 manat pulun alınıb X3 verilməsi qət edilmişdir. İcra sənədi ona aydındır. O, bildirdi ki, hər iki icra sənədi üzrə icra vərəqələrinin icra etməkdən yayınmır. O Bakı şəhərində fəhlə işləyir. Hal-hazırda borcundan ödəniş edə bilmir. Hazırda tələbkarlarla razılığa gəlmişdir. Belə ki, X2 ilə hər ay ona 30 manat ödənilməsi və Zərərçəkmiş şəxs isə hər ay ona 70 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin 12 avqust 2022-ci il tarixli 3(051)-1333/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 299,70 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Hazırda borclu ilə razılığa gəlmişlər. Belə ki borclu hər ay icra sənədinin 30 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)-1332/2022 saylı icra vərəqəsinə əsasən ondan 1100 manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Hazırda borclu ilə razılığa gəlmişlər. Belə ki borclu hər ay icra sənədinin 30 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İşdə olan xx.xx.2022-ci i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1332/20221 saylı və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1333/2022 saylı icra vərəqələri üzrə ödənilməmiş 1110 manat və 297 manat məbləğində borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, tələbkarın və borclunun izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Məhkəmə işdə olan sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, borclu İsmayılov X7 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Mingəçevir şəhər məhkəməsinin Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədlərinin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı borclu və tələbkarlar arasında razılıq əldə edilmişdir. Belə ki, borclu və tələbkarlar qeyd olunan icra sənədlərinin hər ay hissə-hisəə 30 manat və 70 manat olmaqla ödənilməsi ilə məhkəmə iclasına verikləri yazılı razılıq ərizələri ilə razılığa gəlmişlər. Məhkəmə bu və digər qeyd olunan halları nəzərə alaraq borclu barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi üçün əsasdır. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu mövcud borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu tələbkarlara qalan borcunu hər ay müvafiq olaraq 30 manat və 70 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-870/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-870/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver