Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-871/2022 29.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızı katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə İXP ******* №li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Mersedes Benz E230” markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin S.Mehmandarov küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində yolun sağ kənarında olan “Yol Ver” nişanının tələblərinə əməl etməyərək gözləmədən yol ayrıcına daxil olmuş, bu zaman sağ tərəfindən gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdu. Hadisə vaxtı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərər vursa da sağlamlığına zərər vurmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Zərərçəkmiş şəxs polis şöbəsində verdiyi izahatında xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Vaz-2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Mersedes Benz E230” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində sol qolundan xəsarət aldığını, ətrafdakı adamların TTYS-na çağırış etdiklərini, çağırışa həkim briqadası gəldikdən sonra tibbi yardım göstərmək üçün onu xəstəxanaya apardıqlarını göstərmişdir. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 594 №li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarət:-sol dirsək oynağında yara qərarda göstərilən xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Toplanmış sübutlara məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-871/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-871/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver