Məhkəmə qərarları › İş №3(051)-871/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-871/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-871/2024 10.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ucadan telefonla danışaraq nalayiq söyüş işlətmiş ərazidəki polis əməkdaşları yaxınlaşdıqda məhəl oymayaraq hərəkətlərinə davam etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin polis serjantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə əsəbi halda ucadan telefonla danışan zaman səs-küy salmışdır. Onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə əsəbi olduğu üçün əvvəl tabe olmamış, daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir Şəhər PŞ-nin polis serjantı X7 ifadəsində göstərdi ki, o, polis əməkdaşıdır. xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxsin telefonla danışaraq ucadan səs-küy salaraq, nalayiq sözlər işlətdiyini görmüşdür. Həmin şəxsi nizam intizama dəvət etmiş, lakin o, polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə həmin şəxs polis şöbəsinə gətirilmiş və orada məlum olmuşdur ki, həmin şəxs ünvan 2 ünvanda yaşayan Şəxsdur. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir Şəhər PŞ-nin polis serjantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxs əsəbi halda telefonla damışarkən ucadan səs-küy salmış və ünvansız küçə söyüşləri söymüşdür. Həmin şəxsə yaxınlaşaraq özünü təqim edərək onu nizam intizama dəvət etmiş, lakin həmin şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxs polis şöbəsinə gətirilmiş və orada məlum olmuşdur ki, həmin şəxs ünvan 3 ünvanda yaşayan Şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Mingəçevir Şəhəri Polis Şöbəsinin polis əməkdaşları Sadıx Qəhrəmanov və X6 ŞPŞ-nin rəisinə müraciət edərək, göstərmişlər ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman Şəxs nizam-intizama dəvət etməklərinə baxmayaraq o, öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Polis haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Polis təyinatı və əsas vəzifələri İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;... Maddə 7. Polisin qanuni tələblərinin icrasının məcburiliyi İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 3-cü maddə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 31-ci maddə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. 535.1-ci maddə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, barəsində inzibati protokol tərtb edilmiş şəxs ictimai qaydanı və ictimai təhlükəsizliyi pozmasının qarşısını almağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz qanunsuz əməllərini davam etdirmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən halın olmaması, məsuliyyətini ağırlaşdıran hal kimi səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini; (İXM- 33.1.1.) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 20:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar