Məhkəmə qərarları › İş №3(051)-872/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-872/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-872/2020 18.12.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Məmmədli Elvin Namiq oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1955-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, ünvan 1 mənzil 38 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib barəsində edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 03:10 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 13 saylı binanın 4-cü blokunun qarşısında polis əməkdaşlarını görərək əlində olan 0,42 qram narkotik vasitə-marixuananı yerə atmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1955-ci il təvəllüdlüdür (65 (altmış beş) yaş). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi xx xxxxxxxx 2020-ci il tarixli 17/555 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “PPXB-nin əməkdaşlarının təqdim etdiyi 01 (bir) ədəd siqaret dənəsi...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd papirosda, təmiz çəkisi - 0,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin papirosun içərisəndəki, təmiz çəkisi-0,14 qram olan digər bitki mənşəli kütlə isə narkotik vasitə deyil. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Eləcə də, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub və Mingəçevir ŞPŞ-də saxlanılan 0.4 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına verilməli, yaxud məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-ju maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Musayev X1 Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut olub və Mingəçevir ŞPŞ-də saxlanılan 0.4 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar