Məhkəmə qərarları › İş №3(051)-872/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-872/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-872/2024 10.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin polis leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda X2 döymüşdür. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin polis leytenantı X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində yaşadığı mənzildə arvadı Könül Əsədova ilə aralarında mübahisə yaranmışdır. Bu vaxtı qaynanası onların mənzilinə gəlmişdir. O, qayınanası Xavər Həsənovadan mənzildən çıxmasını xahiş etmişdir. Xavər Həsənova evdən getməmişdir. O da həyətə düşüb polisə zəng etmişdir. X.Həsənovaya heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs onun kürəkənidir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında nəvəsi İnci ona zəng edərək bildirdi ki, atası və anası dalaşır. O da dərhal onların yaşadığı evə getmişdir. O, qızının yaşadığı mənzildə olan zaman kürəkəni onun sol qolunu tutub arxadan buraraq, belindən təpik vurub mənzildən çıxartmışdır. Buna görə Şəxs barəsində qanuni daxilində tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, atası Şəxs, anası X8r. Atası Şəxs və anası Könül Əsədova arasında münaqişə yaranmış, münaqişə zamanı o, X13ya zəng etmişdir. X7ra gəlmişdir. Atası nənəsindən evdən çıxmasını tələb etmiş, lakin nənəsi evi tərk etməmişdir. Sonra atası çölə çıxaraq DİN 102 xidmətinə zəng etmiş və bu barədə məlumat vermişdir. Atası nənəsi X.Həsənovaya heç bir xəsarət yetirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, Şəxs onun keçmiş əridir. xx.xx.2024-cü il tarixdə ailələrində münaqişə yaranmışdır. Anası da həmin vaxt onlara gəlmişdir. Rüstəm anasının qolundan tutaraq çölə çıxarmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını, şahid ifadələrini dinləyərək, işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan sübutlar: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yaşayan Şəxs aralarında yaranmış münaqişə zamanı qaynananası X2 döymüşdür. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmiş, AR İXM-nin 157-ci maddəsinə əsasən Şəxs əməli inzibati hüquqpozma sayıldığından onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-nın İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 542 № li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sol topuğunda qançır küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi,yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda;(...) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin mövqeyi Zərərçəkmiş şəxs onun keçmiş kürəkəni tərəfindən döyüldüyünü bildirsə də şahid ifadələri bunu təkzib etmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin təhqiqatda verdiyi izahatı ilə məhkəmədə verdiyi izahat arasında ziddiyət olmuşdur. Belə ki, zərərçəkmiş şəxs Rüstəmin onun qolundan tutub dartaraq çıxardığını qeyd etsə də məhkəmə iclasında Rüstəmin onun qolunu arxadan buraraq belinə təpik vuraraq mənzildən çölə itələdiyini qeyd etmişdir. Digər tərəfdən zərərçəkmişin qızı Rüstəmlə münaqişədə olan Könül də Rüstəmin anasını döydüyünü təsdiq edə bilməmişdir. Eyni zamanda hadisə olan günü mənzildə olan zərərçəkmişin nəvəsi atasının nənəsini döymədiyini, nənəsinə yalnız evi tərk etməsini bildirdiyini, nənəsi çıxmayacağını dedikdən sonra atasının evdən çıxdığını bildirmişdir. Bununla yanaşı, təhqiqatçı tərəfindən cinayət işinin başlanması rədd olunarkən şəxsin əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlinsə də, təhqiqatçının nəyə əsasən bu qənaətə gəlməsi ümumiyyətlə əsaslandırılmamışdır. Qeyd olunan qərarda təhqiqatçı hər hansı şahidin izahatına əsaslanmadan, sadəcə ekspert rəyinə istinad etməklə şəxsin əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlmişdir. İş üzrə verilən ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyində zərərçəkmiş şəxsin topuğunda qançırın olduğu və qeyd olunan tarixə uyğun yarana biləcəyi qeyd edilsə də, xəsarətlərin kim tərəfindən, məhz fiziki ağrı yetirmək niyyəti ilə yetirilməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, müvafiq eskpert rəyində göstərilən xəsarətlərin məhz şəxs tərəfindən törədilməsinin, hansı şəraitdə törədilməsinin, şəxsin müvafiq hərəkətləri edərkən qəsdinin məhz zərərçəkmiş şəxsə fiziki ağrı yetirməyə yönəlməsinin müəyyən edilməsi iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyətli olduğu halda müvafiq hallar ümumiyyətlə araşdırılmadan şəxsin əməlində inzibati xəta tərkibinin olması nəticəsinə gəlinmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə barəsində protokol tərtib edilmiş şəxsin əməlində AR İXM-nin tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar