Məhkəmə qərarları › İş №3(051)-873/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-873/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-873/2022 20.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1025/2021 saylı icra vərəqəsi üzrə 9225.90 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1025/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər X2 və Şəxs 9225.90 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı BOKT TBC kredit MMC-yə ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləğini ödəməkdən yayınmışdır. Borclunun hazırki vaxta olan məhkəmə qətnaməsi üzrə borcu 9225.90 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, protokolun dəlillərini müdafiə etdi və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1025/2021 saylı qətnaməsi ilə X2 və ondan 9225.90 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı BOKT TBC kredit MMC-yə ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə isə əsas borclu X4r, o isə zamindir. Əsas borclu tərəfindən ödəniş edilmədiyini bilməmişdir. Ümumiyyətlə, onun məhkəmənin qətnaməsindən məlumatı olmamışdır. İcra şöbəsi tərəfindən ona bildiriş və qərar bu gün verilmişdir. Belə ki, o, Bakı şəhərində işlədiyi və yaşadığı üçün Mingəçevir şəhərinə az-az gəlmişdir. Ona görə də ona göndərilən məktublar geri qayıtmışdır. Bir iki gün əvvəl ona polis əməkdaşı zəng etmiş və o da gəlmişdir. Ondan sonra icra şöbəsi tərəfindən ona məlumat verilən zaman icra sənədi və qətnamədən xəbərdar olmuşdur. X5 ödəniş etməli olması barədə məlumat verəcəkdir. Odur ki, məhkəmədən onun barəsində olan hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1025/2021 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, X2 və Şəxs 9225.90 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı BOKT TBC kredit MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli inzibati xəbərdarlıqdan görünür ki, Şəxs borclu olduğu məbləğlər xatırladılaraq ondan həmin pullu ödəməsi tələb edilmiş, əks halda barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. İşdə olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə müəyyən etdi ki, bildirişin və xəbərdarlıq məktublarının borcluya verilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1025/2021 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 və Şəxs 9225.90 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı BOKT TBC kredit MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı qeyd edilən məhkəmə qətnaməsinin Şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi müəyyən edilmədi. Belə ki, icra məmuru tərəfindən Şəxs barəsində məcburi icra tədbirləri tətbiq edilmədən onun barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi icra məmuru tərəfindən borclunun əmlak vəziyyəti araşdırılmamış, bu barədə müvafiq akt tərtib edilməmiş, həmçinin onun daha çox gəlirə malik olması və ya həmin məbləğdə borcu ödəməyə imkanının olub-olmaması araşdırılmamış və bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. İcra haqqında AR Qanunun 43.1.5-ci maddəsinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri hesab edilir. Bundan əlavə iş materiallarında borcluya ünvanlanmış xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin olduğu müəyyən edilsə də, həmin bildirişinin borcluya çatdırılması ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin borclu da öz izahatında məhkəmə qətnaməsinin icra edilməməsindən icra şöbəsinə dəvət edilən vaxt xəbərdar olduğunu bildirmişdir. Bildirişə “qəbul etdim” ifadəsini də hazırkı tarixdə yazdığını qeyd etmişdir. Çünki həmin qeydin hansı tarixdə, yəni bildirişin borcluya hansı tarixdə verildiyi göstərilməmişdir. Ona görə də bu anlaşılmazlıq və şübhələr barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunmalıdır. İcra haqqında AR Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədə təqsirli olması sübut olunmur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar