Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-876/2024 17.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Mİngəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında qeydiyyatda olan¸ ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-749/2020 saylı və xx.xx.2022-ci il tarixli 2(051)-2018/2022 saylı icra sənədləri borclu Şəxs tərəfindən icra edilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmişdir və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Borclunun halhazırda hər ik icra sənədi üzrə 11580 manat aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, hazırda onun icra sənədi üzrə 11580 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-749/2020 saylı və xx.xx.2022-ci il tarixli 2(051)-2018/22 icra sənədlərinə əsasən onun Zərərçəkmiş şəxs müvafiq olaraq 11580 manat borcu yaranmışdır. O, aliment borcunu ödəməkdən boyun qaçırmır. Ürəyindən əməliyyat olunduğu üçün aliment ödəyə bilmir. Onlar ayrısalar da bir yerdə yaşamışlar. Dünən balaca qızını şəhərdə görüb ona 50 manat pul vermişdir. Əgər aliment istəyirlərsə, bu aydan sonrakı alimenti ödəyə bilər. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, borclu başqa biri ilə rəsmi şəkildə evlənmişdir. O, özü kirayədə qalır və kirayə pulun belə ödəyə bilmir. Borcludan icra sənədi üzrə yaranmış borcun ödənilməsini tələb edir. Əksə halda ağır cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-749/2020 saylı və xx.xx.2022-ci il tarixli 2(051)-2018/22 saylı icra vərəqələri üzrə cəmi 11580 manat pul borcu yaranmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-749/2020 saylı icra vərəqəsindən görünür ki, Mingəçevir şəhəri Günəşli bağ massivi ünvanda yaşayan Şəxs 15 sentyabr 2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi 80 (səksən) manat, 29 iyul 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 80 (səksən) manat və 30 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi 80 (səksən) manat olmaqla, ayda cəmi 240 (iki yüz qırx) manat alimentin hər ay tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2018/2022 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş Rəvanə və xx.xx.2015-ci il tarixdə doğulmuş Aydan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020- ci il tarixli 2(051)-749/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilsin və cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-749/2020 saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2018/2020 saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edimişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlində yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 17 dekabr 2024-cü il tarixdən saat 18:49-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-876/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-876/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver