Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-877/2021 04.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X7 Tələbkar: X3 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə 09 noyabr 2021-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs 3994 (üç min doqquz yüz doxsan dörd) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub X4 ödənilməsinə dair Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4050/2017 saylı, 03.10.2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımi qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4050/2017 saylı, 03.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan 3994 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X4 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda borc 3994 manat təşkil edir. O, qətnamədən birinci dəfə 2019-cu ildə, icra məmuru Elbrus Hacıyevin yanında olan zaman xəbərdar olmuşdur. 2020-ci ilin sentyabr ayında isə axtarışda olması barədə məlumat əldə etmişdir. X1 ilə bankdan 3000 manat kredit götürüb, öz aralarında hər birinə 1500 manat olmaqla bölüşdürmüşdürlər. 200 ya 300 manat məbləği ödədikdən sonra ödəniş etmədiyini bildirmişdir. Sonra A.Ələsgərova banka olan borcu tam şəkildə ödəmiş və Şəxs zəng vuraraq 1300 manatı dərhal ona verməsini tələb etmişdir. Onun isə o qədər pulu olmadığı üçün heç bir şəkildə ödəniş etməmişdir. Məhkəmə iclasında icra məmuru X11 izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4050/2017 saylı, 03.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən 3994 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X4 ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Hazırda Şəxs 3994 manat borcu var və borcundan heç bir ödəniş etməmişdir. Şəxs qətnamə ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərinə qərəzli olaraq yerinə yetirmir. X2, məhkəmə iclasında izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4050/2017 saylı, 03.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan 3994 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Hazırda Şəxs 3994 manat borcu var və borcundan heç bir ödəniş etməmişdir. Şəxs qətnamə ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Onun sözlərinə görə Şəxs bankdan 3000 manat məbləğində kredit götürən zaman ona zamin durmuşdur. Əvvəllər təcili yardımda işləməsinə baxmayaraq bank onları borc ödənilmədiyi üçün məhkəməyə verdikdə Şəxs artıq orada işləməməsi ona məlum olmuşdur. Qeydiyyat ünvanında da olmadığı üçün bank pulu tam şəkildə ondan tutmuşdur. O isə öz növbəsində reqres qaydada məhkəməyə müraciət edərək Şəxs yerinə ödədiyi borcu tutularaq ona verilməsini xahiş etmişdir. Ona görə də Şəxs barəsində ağır cəzanın verilməsini xahiş edir. Borclu, tələbkar və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, E.Quliyavanın əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Quliyeva X5 şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 03.10.2017-ci il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Halbu ki, borclunun özünündə qeyd etdiyi kimi qətnamədən birinci dəfə 2019-cu ildə, icra məmuru Elbrus Hacıyevin yanında olan zaman xəbərdar olmuşdur. 2020-ci ilin sentyabr ayında isə axtarışda olması barədə məlumat əldə etmişdir. Lakin borclunun həmin qətnamədən uzun müddət məlumatlı olmasına baxmayaraq, icra məmurunun qanuni tələblərinə riayyət etməmiş, icra sənədinin icrasına etinadsız yanaşmış icra sənədi borclu tərəfindən uzun müddətdir ki, icra edilməmiş vəziyəttdə qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-877/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-877/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver