Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-879/2021 05.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qııznın katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1968–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, evli, işləməyən, Mingəçevir şəhəri,A.Məmnmədov küçəsi 7A, mənzil 74 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə 03.11.2021-ci il tarixdə saat 17:20 radələrində Hacıyev X4 şəhəri, Q.Nəbi küçəsində sərxoş halda ictimai qaydanı pozmuş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmədi və göstərdi ki, 03.11.2021-ci il tarixdə Mingəçevir şəhərində yerləşən Dostluq şadlıq sarayından dostu Xəyal ilə birlikdə çıxan zaman Avromed dərman firmasının qarşısında xeyli insan kütləsi toplaşdığını görmüşdür. O həmin yerə yaxınlaşan zaman görmüşdür ki, bir nəfər qazi ilə mühafizə işçisi mübahisə edir. O həmin mühafizə işçisinə ağıllı ol deyərək onun qol nahiyyəsindən tutaraq aralaşdırmışdır. Adını bilmədiyi qaziyə bildirmişdir ki, orada qadın, uşaq və yaşlılar var. Belə hərəkətləri etmək ayıbdır. O da çıxıb getmişdir. Bundan sonra polis əməkdaşları onu Mingəçevir ŞPŞ-yə aparıblar. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, 03.11.2021 -ci il tarixdə saat 17:20 radələrində Mingəçevir ŞMŞ-nin mühafizəçisi X8 telefonla zəng edərək Mingəçevir şəhəri "xxxx" QSC-nin qarşısında bir neçə nəfər şəxsin firmaya gələn sürücü X5 ilə mübahisə etdiklərini və sərxoş halda ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmaları barədə məlumat vermişdir. O, dərhal həmin yerə yaxınlaşıb onları nizam intizama dəvət etmək istəyərkən həmin şəxslərdən biri qaçaraq həmin yerdən uzaqlaşdı. Onlardan bir nəfər tabesizlik göstərərək ictimai qaydanı pozmaqda davam etmişdir. Daha sonra o, həmin yerə əlavə olaraq Mingəçevir ŞPŞ-nin əməkdaşları PPXB-nin tağım komandiri polis mayoru Məftun Əhmədov və polis serjantı Mirismayıl Əhmədlini çağırmışdır. Onların köməyi ilə həmin şəxsi ŞPŞ-yə gətirmişdirlər. Polis şöbəsində həmin şəxsin Mingəçevir şəhər sakini Şəxs olduğu müəyyən olunmuşdur. Bununla bağlı onun barəsində inzibat xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞMŞ-nin mühafizəçisi X8 da digər şahid X3 ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq göstərdi ki, o, "xxxx" QSC-də xidmət olan vaxt mühafizə etdiyi ərazi gələn avtomaşının sürücüsü ilə bir neçə nəfər sərxoş vəziyyətdə olan şəxsin mübahisə etdiyini və ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduqlarını görmüşdür. Həmin vaxt barəsində protokol tərtib edilmiş şəxs onun qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Ona görə də o, Mingəçevir ŞMŞ-yə məlmat vermişdir. Ondan sonra əlavə kömək gəldikdən sonra X1 ŞPŞyə aparılmış və barəsində protokol tərtib edilmişdir. İşə əlavə edilmiş 03.11.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03.11.2021-ci il tarixdə saat 22:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs oğlunun 03.11.2021ci tarixdə Mingəçevir şəhər Q.Nəbi küçəsində sərxoş halda ictimai qaydanı pozması və AR İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmiş, lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq AR İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi və onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hal isə Şəxs oğlunun AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də onun əməlində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 5351.ci-maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli, lakin Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510.-cu maddəsinin tərkibi olduğundan, o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, nəzərə alaraq, Şəxs oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs oğlunun barəsində cərimə nüvündə inzibati tənbeh tədbiri tətbiq edildiyindən, o, məhkəmə zalından həbsdən dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs oğlu məhkəmə zalından həbsdən dərhal azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-879/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-879/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver