Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-886/2021 23.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1990-cu il tarixdə Ağdam rayon Saybalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam rayon Saybalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Ağdam rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan tutulmalı olan borcun verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu qərəzli olaraq ödəməkdən yayınmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 03.05.2021-cu il tarixli icra sənədi ilə cavabdeh Şəxs tutulmalı olan puldan 4159.78 manat məbləğində borcu qalmışdır. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu pulu ödəməkdə bəzi problemlər yaratmış, yəni tam və vaxtında ödəməmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Şəxs hazırki vaxta olan borcu 4159.78 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılan vaxt borclu tərəfindən 100 manat məbləğində ödəniş edilmişdir. Bununla belə protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Ağdam rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qətnaməsi əsasında 4259.78 manat məbləğində pulun ondan alınaraq "xxxx" QSC-nin xeyrinə ödənilməsinə qərar verilmişdir. Lakin maddi imkanı olmadığından, borcunu ödəyə bilməmişdir. Ancaq o, 100 manat məbləğində borcunu iddiaçıya ödəmiş, qalan 4159.78 manat pulu ödəməyi öhdəsinə götürmüş və borcunun hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla razılıq əldə etmişdir. Hal-hazırda heç bir yerdə işləmir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbələri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 03.05.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 3721.81 manat məbləğində əsas borc, 486.65 manat məbləğində faiz borcu olmaqla, 51.32 manat məbləğində cərimə borcu olmaqla cəmi 4259.78 manat pulun borclu Şəxs tutularaq, "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 03.05.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 3721.81 manat məbləğində əsas borc, 486.65 manat məbləğində faiz borcu olmaqla, 51.32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4259.78 manat məbləğində pulun borclu Şəxs tutularaq, "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İşdə olan 24.05.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan 30.03.2021-ci il tarixli icra sənədi üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. İşdə olan 01.09.2021-ci il tarixli inzibati xəbərdarlığın surətindən görünür ki, Şəxs borcu olduğu məbləğ xatırladılaraq, həmin məbləğin 10 gün ərzində ödənilərək qəbzin surətinin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə təqdim edilməsi tələb edilmiş, əks halda barəsində İXM-inin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə veriləcəyi bildirilmişdir. İşdə olan 22.11.2021-ci il tarixli qəbzdən də göründüyü kimi borclu borcun 100 manatını iddiaçıya ödəmişdir Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclunun icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Əksinə 100 manat borcu ödəmiş və qalan 4159.78 manat borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Belə ki, borclu hal-hazırda heç bir yerdə işləmir. Aylıq gəlir yeri yoxdur. İş materiallarına da borclunun işləməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Belə olan halda, onun borcun ödənilməsindən qəsdən yayındığı məhkəmə tərəfindən müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi, müəyyən edilmir. Borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-886/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-886/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver