Məhkəmə qərarları › İş №3(051)-886/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-886/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-886/2023 05.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Şəxs MMCnin direktoru X9 müdafiəçisi Vəkil Şəxs MMC-nin direktoru X9 müdafiəçisi Vəkil iştirakı ilə ünvan 1 ünvanında yerləşən və fəaliyyət göstərən (VÖEN **********)-hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM–in 215.1-ci və 215.4-cü maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik X8 Nəzarət Şöbəsinin vəzifəli şəxsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM–in 215.1-ci və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 10:15 radələrində Şəxs MMC-də keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktik fəaliyyətlə məşğul olma və lisenziyadan kənar mikrobioliji, anesterioloji və reanimatolji iş və fəaliyyətlə məşğul olma aşkarlanmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC direktoru X9 müdafiəçisi Vəkil məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, o, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə X15 rəhbərlik edir. Rəhbərlik etdiyi müəsissədə Səhiyyə Nazirliyinin Analitik X8 Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən 26 oktyabr 2023-cü il tarixdə keçirilmiş planlı yoxlama zamanı tibb bacısı kimi fəaliyyət göstərən X1 şəhadətnaməsinin yoxlamaya təqdim edilmədiyi, lisenziya şərtlərinə əməl olunmadığı və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyət həyata keçirildiyi bildirilsə də, lisenziyada göstərilən fəaliyyət növlərindən kənara çıxmamışlar. Müəssisədə gətirdikləri yeni aparatları istifadə etmək üçün həmin sahə üzrə tibbi bacısı lazımdır. Hesab edir ki, protokolda göstərilən hallar əsaslı deyildir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Yoxlama zamanı aşkar edilmiş digər mexaniki nöqsanlar da həmin vaxt aradan qaldırılmışdır. Odur ki, təmsil etdiyi müəssisə barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və zamanı barədə məlumatlandırılmasına baxmayaraq AR Səhiyyə Nazirliyinin Analitik X8 Nəzarət Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin barəsində AR İXM-in 215.1-ci və 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 759 saylı planlı yoxlama keçirilməsi haqqında aktdan görünür ki, Şəxs MMC-də tibb bacısı kimi fəaliyyət göstərən X1 şəhadətnaməsinin yoxlamaya təqdim edilmədiyi, lisenziya şərtlərinə əməl olunmadığı və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyət həyata keçirildiyi göstərilmişdir. İşdə olan 25 aprel 2023-cü il tarixli, İSN/L-525/2016/1 saylı lisenziya əlavəsindən görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilmişdir. İşdə olan 25 aprel 2023-cü il tarixli, İSN/L-525/2016/1 saylı lisenziya əlavəsindən görünür ki, Şəxs MMC-yə özəl tibbi fəaliyyətinin ambulator tibbi xidməti üzrə terapevtik, kardioloji, qastroentroloji, nevropatoloji, ümumi cərrahiyə, ümumi cərrahi, uroloji, ginekoloji, rentgenoloji, kompüter tomoqrafiyası, ultrasəs müayinəsi, klinik, klinikbiokimyəvi işlərin görülməsinə icazə verilmişdir. İşdə olan 11 saylı ərazi vergilər baş idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Şəxs MMC ********** dövlət qeydiyyat nişanı ilə qeydiyyata alınmışdır və qanuni təmsilçisi X11r. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə Şəxs MMC-də tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3-28-1/2-28123/2023 saylı plan üzrə yoxlamanın keçirilməsi barədə bildirişdən görünür ki, Şəxs MMC-nin fəaliyyət ünvanı Mingəçevir şəhəri Xan Şuşuniski küçəsi 2A-da yerləşən obyektdə xx.xx.2023xx.xx.2023-cü il tarixlərində plan üzrə yoxlama keçirilməsi barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 1198 saylı qərardan görünür ki, X7, X16 və X12 təırəfindən həmin müəssisədə planlı yoxlama aparılması qərara alınmışdır. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2018-cı il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona AR ərazisində mama ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona AR ərazisində mama ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə 56 nömrəli əmrdən görünür ki, X18 MMC bölməsində tibb bacısı vəzifəsində işləyən X10 ilə bağlanmış 35R5W06000100 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə və öz daxili inamı ilə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X18 MMC-nin barəsində AR İXM-nin 215.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla öz təsdiqini tapmışdır. Belə ki, inzibati xəta haqqında protokolla MMC-nin qanuni təmsilçisi X15 göstərilən nöqsanlarla razı olduğunu bildirmişdir. Eyni zamanda Şəxs MMC-də lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyətin həyata keçirilməsinə və lisenziya şərtlərinə riayət olunmaması işdə olan sənədlərlə sübut olunmuşdur. Belə ki, Şəfa Tibbi diaqnostikada lisenziyada nəzərdə tutulmayan fəaliyyət, yəni mikrobioloji və anestezioloji və reanimatoliji fəaliyyət üzrə müxtəlif şəxslər müxtəlif analizlərdən keçirilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsinə maddəsinə əsasən tibbi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə AR İXM-in yuxarıda qeyd edilən maddəsinin dispozisiyası şərtinə uyğun olaraq hesab edir ki, Şəxs MMC-nin əməlində istinad edilən inzibati xəta tərkibinin yaranmasını şərtləndirən zəruri əlamət, tibbi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsidir. Göründüyü kimi İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün lisenziyadan kənar real tibbi fəaliyyət göstərməlidir və buna dair real sübutlar olmalıdır. Ona görə də Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsi ilə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda göstərilənlərə uyğun olaraq qeyd edir ki, Şəxs MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bütün əlamətləri mövcud olduğundan həmin əməli törətməkdə təqsirli bilinməlidir. Orta tibb işçisi X2 şəhadətnaməsinin müddəti xx.xx.2023-cü ildə bitməsinə baxmayaraq vəzifəsi üzrə çalışmağa davam etmişdir. Halbuki sertifikasiyadan keçməyən işçilərin 6 ay müddətində iş yeri saxlanmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunanadək tarif maaşları saxlanılmalıdır. Beləliklə, X3 şəhadətnaməsi olmadan fəaliyyətini davam etdirmişdir. Belə ki, məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İXM-in 215.4-cü maddəsi ilə inzibati məsuliyyət, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı halda yaranır. Belə olan halda Şəxs MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs MMC Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48- 51, 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: ŞəxsMMC Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar