Məhkəmə qərarları › İş №3(051)-888/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-888/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-888/2023 22.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 DƏMX-nin X10 şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli qərarından şikayətinə baxaraq M ü ə y y ə n e t d i m: X1 şəhər polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 şikayətini belə əsaslandırmışdır ki, X7 Xidmətinin Aran regional şöbəsinin rəisi X9 tərəfindən İXM-nin 192.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın guya tərəfindən törədilməsi aşkar edilmiş 24 oktyabr 2023-cü il tarixli protokola əsasən inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarla 3000 manat cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, tərəfindən İXM-nın 192.1 -ci maddəsinin tələbləri pozulması tam sübuta yetirilməmişdir. xx.xx.2023-cü il tarixdən Zərərçəkmiş şəxs icarəçisi olduğum sənaye malları dükanında fəaliyyətə başlamaq üçün iş prosesini vizual izləmək, eləcə də öyrənmək məqsədilə iş yerinə gəlmişdir. Bununla əlaqədar, sözügedən şəxslə xx.xx.2023cü il tarixdən Əmək müqaviləsi (bundan sonra- Müqavilə) bağlanmışdır. Lakin fəaliyyət göstərdiyi VÖEN üzrə elektron hərəkətlərin icrasında yaranan texniki problemlə əlaqədar e-portalda əməkdaşın məlumatları xx.xx.2023-cü il tarixdə əlavə edilmişdir. E-portalda Müqavilənin başlanma tarixi xx.xx.2023-cü il tarixdən qeyd edilmişdir. Həmçinin bildirir ki, əməkdaşın bu müddətdə olan vergi və DSMF ödənişləri yerinə yetirilmişdir. Yuxarıdakı qeydlərindən də, göründüyü kimi müqavilənin bağlanması və işçinin normal əmək şəraiti ilə təmin edilməsi tərəfindən düzgün təşkil edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bildirir ki, qeyd edilən maddənin subyekti olaraq ona texniki hissədə yaranmış problemə əsasən tətbiq edilən cərimə inzibati xətanın tam sübuta yetirilmədiyi halda aparılmışdır. Belə ki, əməkdaşlar xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılması haqqında əməkdaşın təsdiqi, əmək kitabçası və əmr kitabında aparılan qeydlər, ödənilən vergi çekləri. məsələnin ictimai təhlükə yaratmaması, eləcə də mənim səmimi etirafı əsas verir ki, bu hala yüngülləşdirici hal olaraq baxılsın və cərimənin tətbiqi ləğv edilsin. Ona görə də DƏMX-nin X10 şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək qərarın ləğv edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında şikayətin dəlillərini müdafiə etdi və bildirdi ki, barəsində olan inzibati xəta haqqında protokol və cərimə olunması barədə qərar əsasızdır. İnzibati araşdırma zamanı iştirak eOdur ki, qərarın ləğv edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onunla Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Ucuzluq mağazasının icarədarı X5 ilə 07 avqust 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. O, həmin mağazaya gəldiyi gündən onunla əmək müqaviləsi bağlanmışdır. Onun iş vaxtı nahara kimidir. Nahardan sonra isə Günel Mahmudova özü gedir işə. Onunla əmək müqaviləsi 07 avqust 2023-cü il tarixdə bağlanmışdır. DƏMX-nin X10 şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X6 məhkəmə iclasında izahatında bildirdi ki, vəzifəli şəxs X1 şəhər Naxçıvan küçəsində yerləşən Ucuzluq geyim mağazasının icarədarı kimi qeyd olunan mağazada satıcı işləyən Zərərçəkmiş şəxs ilə əmək məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyinə görə onun barəsində DƏMX-nin X10 şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli qərarı ilə 3000 manat cərimə edilmişdir. Hesab edir ki, qərar əsaslıdır. Ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, qərarın qüvvədə qalmasını xahiş edir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin olunmalıdır. İnzibati materiala əlavə olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Mingəçevir şəhər prokurorunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Ucuzluq” adlı geyim mağazasının icarədarı ünvan 1 ünvanda yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. İş materiallarında olan DƏMX-nin X10 şöbəsinin 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulumuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Zərərçəkmiş şəxs işə başlama tarixi xx.xx.2023-cü il tarixi göstərilsə də, bildirişin imzalandığı tarix xx.xx.2023-cü il tarixidir. İşdə olan xx.xx.2021-ci il tarixli İcarə müqaviləsindən görünür ki, X8 oğlu mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən, sahəsi 30 kv.m olan daşınmaz əmlakı X3 icarəyə vermişdir. İşdə olan “Fiziki şəxsin vergi Uçotu” haqqında Şəhadətnamədən görünür ki, X5 (VÖEN **********) Vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 187/C-23 nömrəli material üzrə polis əməkdaşlarının əməlində cinayət tərkibi olmadığından həmin material üzrə cinayət başlanması rədd edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin olunmalı, X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat cərimə edilməsi barədə DƏMX-nin X10 şöbəsinin 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəl inzibati qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün həmin orqana göndərilməlidir. Belə ki, Məhkəmə ilk olaraq İnzibati Xəta haqqında qərarın tərtibi qaydası ilə bağlı qeyd edir ki, qərar qəbul edilərkən İXM-nin normalarına uyğun tərtib olunmamamışdır. Belə ki, həmin Məcəllənin 115-ci maddəsinə əsasən qərarın tərtibi qaydaları göstərilmişdir. İşdə olan MN 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəl inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, yəni, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin doğum tarixi qeyd edilməmişdir. Beləliklə, inzibati xəta haqqında qərarda Beləliklə İXM-nin 115.1.3 maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi inzibati xəta haqqında qərarın tərtibatında yalnışlığa yol verilmişdir. Odur ki, qərar tərtib olunarkən yuxarıda göstərilən hallar düzgün və ətraflı araşdırılmamışdır və şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 3000 manat cərimə olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə edilmiş təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, DƏMX-nin X10 şöbəsinin vəzifəli şəxsi tərəfindən 24 oktyabr 2023-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, barəsində qərar qəbul edilmiş şəxsin iştirakı təmin edilməmişdir. Belə ki, X2 inzibati xəta haqqında araşdırma ilə bağlı məlumat verilsə də, məmiş, lakin o, iştirak etməmiş, ona görə də protokol onun iştirakı olmadan tərtib edilmiş, bununla belə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol onun ünvanına göndərilmişdir. Bu halda barəsində protokol tərtib edilmiş şəxsin hüquqları təmin edilmiş, lakin xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokola baxılmasına 5 gün qalmış rəsmi məlumat verilməli olduğu halda, X7 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən barəsində qərar çıxarılmış vəzifəli şəxsə məlumat verilməmiş, nə də inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün barəsində protokol tərtib edilmiş şəxsin çağırılması barəsində qərardad qəbul edilməmişdir. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə X2 iştirakı olmadan baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-cü maddəsi ilə X2 inzibati cərimə edilməsinə dair xx.xx.2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mingəçevir regional ərazi şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin X2 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, vəzifəli şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mingəçevir regional ərazi şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mingəçevir regional ərazi şöbəsinə göndərilməlidir.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair DƏMX-nin X10 şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN ******* saylıinzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar