Məhkəmə qərarları › İş №3(051)-89/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-89/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-89/2022 01.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş X3 materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Sənan Hacıməmmədov tərəfindən Şəxs barəsində 01.02.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.1ci maddəsi ilə X3 protokol tərtib edilib məhkəməyə verilmişdir. X3 protokola görə, Abdullayev X1 şəhər polis Şöbəsinin MN ******* saylı 16.12.2020ci il tarixli qərarına əsasən 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Mingəçevir Şəhər polis şöbəsinin MN ******* saylı 16.12.2020-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Sənan Hacıməmmədov Məhkəmə iclası zamanı məhkəmədən X3 Protokolun təmin edilməsini xahiş etdi. Barəsində X3 protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o heç bir yerdə işləmir. Onun maddi vəziyyəti pisdir. Ona görə də cəriməni ödəyə bilməmişdir. Məhkəmədən izahatına uyğun qərar çıxarılmasını xahiş edir. Məhkəmə X3 protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki X3 işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, işdə olan Migəçevir Şəhər Polis Şöbəsinin MN ******* saylı 16.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Sənan Hacıməmmədov tərəfindən 09.07.2021-ci il tarixdə qəbul edilmiş “İcraata başlamaq haqqında” qərardan görünür ki, Migəçevir Şəhər Polis Şöbəsi tərəfindən verilmiş 16.12.2020-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, 09.07.2021-ci il tarixdə onun icraatına daxil olmuşdur. İşdə olan bildiriş və inzibati xəbərdarlıq məktublarından görünür ki, icra məmuru tərəfindən borclu Şəxs icra sənədi barədə məlumat verilmiş, 14.12.2021-ci il tarixlərdə isə ona inzibati xəta ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan 16.12.2020-ci il tarixdə tərtib edilmiş ******* nömrəli protokoldan görünür ki, Şəxs BVayram oğlu Migəçevir Şəhər Polis Şöbəsi tərəfindən verilmiş 16.12.2020-ci il tarixli MN ******* nömrəli qərarı ilə təyin edilmiş Azərbaycan Respublikası İXM-in 211-ci maddəsinə əsasən 200 manat məbləğində inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Göründüyü kimi Şəxs barəsində X3 protokol inzibati xətanın törədildiyi gündən qanunla müəyyən edilmiş 3 (üç) aydan çox müddət keçdikdən sonra tərtib edilmişdir. Məhkəmə hesab edir ki, hazırki X3 iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs oğlu hazırkı inzibati iş üzrə inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə, X3 protokola X3 iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Migəçevir Şəhər Polis Şöbəsinin 16.12.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilmiş, həmin icra sənədi 09.07.2021-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Sənan Hacıməmmədovun icraatına daxil olmuş, borclu Şəxs icra sənədi barədə məlumat verilmiş, 24.12.2021-ci il tarixlərdə isə ona inzibati xəta ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmənin məcburi icraya yönəldilmiş qərarı 3 ay müddətində icra olunmamasına baxmayaraq, icra məmuru tərəfindən borclunun barəsində X3 protokol isə 16.12.2020-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən uzun müddət keçmişdir. Bu hal isə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.9. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş X3 protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş X3 protokol inzibati xətanın törədildiyi gündən 3 aydan çox müddət keçdikdən sonra tərtib edildiyindən, X3 iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əassən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda X3 iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə Şəxs oğlunun barəsində tərtib edilmiş 01.02.2021-ci il tarixli, MN ******* nömrəli X3 protokol üzrə X3 işin icraatına müddətin keçməsinə görə xitam verilsin Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar