Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-890/2023 11.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Zeynalov X2 Şəhər Məhkəməsinin 2(051)-194/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 3470 manat aliment borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-194/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə yaranmış 3470 manat aliment borcu alınaraq tələbkara verilməlidir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və 3470 manat məbləğində aliment borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-651/2023 saylı qərarı ilə Şəxs AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda isə borclu işə düzəlmiş və maaş kartını tələbkara verir. Borclu Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, maddi imkanı olmadığı üçün borcunu bir dəfəyə ödəyə bilmir.Hazırda işə düzəlmiş və maaş kartını tələbkara verməyə razıdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Lakin məhkəmə iclasında onunu telefon vasitəsi ilə əlaqə saxlanılmış və o borclunun maaş kartını ona verməsinə razı olduğunu və bu səbəbdən də tələbkəra qarşı heç bir şikayəti olmamasını bildirmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-194/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş Elcan, xx.xx.2012-ci il tarixdə doğulmuş Anar və xx.xx.2014-cü il tarixdə doğulmuş Ümid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. İşdə olan xəbərdarlıq və izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-651/2023 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Beləliklə, borclunun izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən təkrarən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu işə düzəlmiş, əmək haqqı 400 manatdan çodur. Boorclu maaş kartını bolrc əvəzinə tələbkəra verilməsini bildirmiş, tələbkar isə buna razı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, borcunun icra məmurunun tələblərinə qərəzli olaraq qəsdən icra etməməsi sübut olunmur. Əksinə məhkəmə iclasına borclu borcunu ödəmək niyətində olması sübut olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-890/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-890/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver