Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-9/2023 13.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu Məhkəmə iclas katibi X7 Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X3, müdafiəçi X4 və tərcüməçi X11 iştirakı ilə Şəxs MMC barəsində Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Mingəçevir şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdim: Şəxs MMC-nin barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Zaur Tarverdiyev məhkəmə iclasında bildirdi ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs X17 MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" adlı özəl tibb müəssisəsində həkim-qastreontroloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Ona görə də Mingəçevir şəhər prokuroru tərəfindən Şəxs MMC-nin barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq məhkəməyə verilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X6 tərcüməçi vasitəsi ilə məhkəmə iclasında izahatında bildirdi ki, 2021-ci ilin avqust ayında MMC-ni təsis etmiş və həmin MMC-nin direktoru olaraq fəaliyyət göstərir. Şəxs MMC-nin nəzdində Mingəçevir şəhəri, ünvan 1 ünvanında özəl tibbi fəaliyyəti ilə məşğul olan "xxxx" adlı tibb müəssisəsi fəaliyyət göstərir. MMC tərəfindən İXM-nin 192.1ci maddəsinin tələbləri pozulmamışdır. X9 MMC-də hər hansı işə cəlb olunmamışdır. Sənan Camalov ali məktəbi yeni qurtarmış gənc kimi özü könüllü olaraq praktika üçün az bir müddət MMC-yə gəlib-getmişdir. “İnstagram” sosial şəbəkəsində Sənan Camalovla bağlı qeyd edilənlərdən məlumatı olmamışdır, məlumatı olan kimi dərhal “instagram” sosial şəbəkəsindən həmin qeyd edilənlərin götürülməsini tələb etmişdi. X12 X22 ilə bağlı Mingəçevir şəhər prokurorluğuna ünvanladığı müraciəti əsassızdır. Belə ki, bu, onlara qarşı qərəzli olaraq, işgüzar nüfuzlarına xələl gətirmək üçün edilmişdir. Hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi yoxdur. Buna görə də MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Həmçinin, Mingəçevir şəhər prokurorluğunda yazılmış izahatı ilə bağlı bildirir ki, o, “Ülkər Həsənovanın hospitala gələrək X18 müraciət etmiş, Sənan Camalovun da həmin şəxsi tanıdığından onu müayinə etmiş” sözlərini deməmişdir. O, Azərbaycan dilində yazılanları yaxşı oxuya bilmədiyinə, yazılanlara inandığına görə izahatı imzalamışdır. X3 müdafiəçisi X13 da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatına uyğun izahat verərək X3 təqsirsiz olduğunu və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs MMC-nin barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-717/2022 saylı qərarı ilə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Qərardan narazı qalan protokolu tərətib etmiş Mingəçevir şəhər Prokurorluğu Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-717/2022 saylı qərarından protest verimişdir. Bundan sonra inzibati iş Mingəçevir şəhər Prokurorluğu tərəfindən verilmiş protestə baxılması üçün Şəki Apelyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(107)-401/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Mingəçevir şəhər prokuroru ədliyyə müşaviri Qabil Səfərov tərəfindən verilmiş protest qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 3(051)-717/2022 nömrəli qərarı ləğv edilmiş və nzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Toplanmış sübutlara məcmuu halda qiymət verərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin direktoru Ceylan oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarına görə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanın törədilməsi X20, X3, digərlərinin izahatları, “instagram” sosial şəbəkəsində “mingəçevir anadoluhospital” səhifəsinə baxış protokolu ilə öz təsdiqini tapır. İşə əlavə edilmiş məhkəmə xətşünaslıq-ekspertizasının 4/1430 №-li 5 noyabr 2022-ci il tarixli rəyində də göstərilir ki, 150/C-22 saylı materialda olan 19 avqust 2022-ci il tarixli “tövsiyyə vərəqəsi”ndəki yazılar X22 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X1 şəhər prokurorluğuna yazmış olduğu və iş materiallarına əlavə edilmiş ərizəsində mədəsində problem olduğuna görə "xxxx"-a getdiyini, Sənan həkimin qəbuluna düşdüyünü, həkimin ona dərman adları yazılmış, möhürü, imzası olmayan kağız parçası verdiyini, həmin kağız parçasında adları yazılmış dərmanların bir neçəsini qəbul etdikdən sonra özünü pis hiss etdiyini göstərmiş və "xxxx"-da işləyən həkimlərin qanuni işləyibişləməmələrinin araşdırılmasını xahiş etmişdir. İş materiallarında olan Mingəçevir şəhər prokurorunun böyük köməkçisi X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, 150/C-22 nömrəli araşdırma materialı üzrə «X27 Hizmetleri» MMC-nin direktoru X3 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş X19 və X8 prokurorluğa yazmış olduqları izahatlarından görünür ki, onlar əvvəllər Anadolu Hospitalda (Şəxs MMC-də) işlədiklərini, X17 da MMC-də həkim qastreontroloq işlədiyini, lakin Sənan Camalovla MMC arasında əmək müqaviləsi bağlanmadığını bildirmişlər. İşə əlavə olunmuş 26 sentyabr 2022-ci il tarixli baxış protokolunda göstərilir ki, “mingəçevir anadoluhospital” səhifəsinə baxış zamanı X17 fotoşəkillərinə nəzər saldıqda “X30 Qastreontroloq Sizin xidmətinizdədir”, “müalicə etdiyi xəstəliklər” və sair sözlərdən Sənan Camalovun həmin hospitalda fəaliyyət göstərməsi müəyyən olunmuşdur. Həmçinin, X2 şəhər prokurorluğunda verdiyi 20 sentyabr 2022-ci il tarixdə verdiyi izahatında Ülkər Həsənova adlı şəxsi tanımadığını və həmin şəxsin onun tərəfindən müalicə olunmadığını bildirsədə, işdə olan 27 oktyabr 2022- ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, «X27 Hizmetleri» MMC-nin direktoru X6 izahatında X12 xatırlamadığı tarixdə müəssisəyə tibb işçilərinə praktika keçməklə məşğul olan X18 müraciət ediyini, X22 da həmin şəxsi tanıdığından müayinə etdiyini göstərmişdir. Göründüyü kimi, məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırdıqdan, iş materiallarına baxış keçirdikdən sonra sonra, belə qənaətə gəlir ki, «X27 Hizmetleri» MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olması tam sübuta yetilririlir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmış, ona görə də, Şəxs MMC-nin barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə başlanlmış inzibati icraat üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halları, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Qərara aldım: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-9/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-9/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver