Məhkəmə qərarları › İş №3(051)-90/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-90/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-90/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Mingəçevir şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, həmin protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Çünki, daxil olmuş inzibati xəta haqqında materialların icraata qəbul edilməsi məsələsi araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcələnin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Belə ki, Şəxs barəsində nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Lakin protokola Şəxs buə məli törətməsini sübut edən həkim tərəfindən verilmiş sənəd iş materiallarına əlavə olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə görə protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda sadalanan xüsusatlarla bağlı təqdim olunmuş protokol düzgün tərtib olunmadığına görə həmin materiallar onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material və əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə qaytarılsın. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar