Məhkəmə qərarları › İş №3(051)-900/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-900/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-900/2021 13.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, X1 DİN BDYPİ-nin “İnzibati tənbeh vermə haqqında” TP 4667487№li 20.10.2021-ci il tarixli qərarından şikayətinə baxaraq Müəyyən e t d i m: X3 Bakı şəhəri DYPİ-nin polis mayoru X2 “İnzibati tənbeh vermə haqqında” TP ******* №li 20.10.2021-ci il tarixli qərarı ilə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan Z.Xəlilov məhkəməyə şikayət vermişdir. Barəsində qərar qəbul edilmiş X3 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin olunmasını xahiş etmişdir X3 şikayətində göstərmişdir ki, o, 10.10.2021-ci il tarixdə Bakı şəhəri Z.Bünyadov prospekti 9 ünvanda guya hərəkətində üstünlüyə malik sürücüyə yol verməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanun tələblərini pozmuşdur. Daha sonra yol polis əməkdaşı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsini əsas götürərək protokol tərtib etmiş, həmin protokoldan inzibati qaydada şikayət etsə də əksinə protokol ləğv edilməmiş inzibati tənbeh edilməyinə dair mübahisə etdiyi qərar çıxarılmışdır. Bundan sonra o, tərtib edilmiş protokolla razı olmadığını bildirərək bu barədə sübutlar təqdim etməsini xahiş etmişdir. Lakin polis əməkdaşı heç bir əsas olmadan sübutları, yəni pozuntu törətməsinə dair videogörüntü təqdim etməkdən imtina etmişdir. Beləliklə onun barəsində protokol ləğv etməyərək qüvvədə saxlamış və müvafiq qərar qəbul edilmişdir. Hesab edir ki, onun barəsində qəbul edilmiş Bakı şəhəri DYPİ-nin TP ******* №li 20.10.2021-ci il tarixli qərar əsassız və qanunsuzdur. Ona görə də həmin qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri DYPİ-nə bildiriş göndərilərək qərarından şikayət verilmiş BDYPİ-nin polis mayoru X2 məhkəmə iclasında iştirakının təmin olunması, eləcə də inzibati materialın məhkəməyə təqdim edilməsi bildirilsə də, E.Ələkbərovun məhkəmə iclasında iştirakı təmin olunmamış, ya da inzibati material məhkəməyə təqdim edilməmişdi. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, qərar ləğv edilib, səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən dəfələrlə məktub göndərilsə də, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş, inzibati xəta haqqında protokol, inzibati material Bakı şəhəri DYPİ tərəfindən məhkəməyə göndərilməmişdir. Ona görə də qərarın qəbul edilməsi üçün əsas olan inzibati xəta haqqında protokolun, digər sübutların olması müəyyən edilmir. Odur ki, işin tam, obyektiv araşdırılması mümkün deyil. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasıına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, şikayət təmin edilməli, Bakı şəhəri DYPİ-nin polis mayoru X2 “İnzibati tənbeh vermə haqqında” TP ******* №li 20.10.2021-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət təmin olunsun. Bakı şəhəri DYPİ-nin polis mayoru X2 “İnzibati tənbeh vermə haqqında” TP ******* №li 20.10.2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-ə göndərilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar