Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-901/2021 01.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X2 Azərbaycan Respublikası X6 X8 idarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Azərbaycan Respublikası X6 X8 idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: X6 X8 idarəsi tərəfindən tərtib olunmuş 11.11.2021-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Tağıyeva X3 şəhər M.Maqomayev küçəsində yerləşən “Monica” gəlinlik salonunun fasadında müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Ona görə də barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, vergi ödəyiçisidir. Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Monica” gəlinlik salonu adlanan obyekti işlədir. Reklam Agentliyinin müvafiq icazəsi olmadan salonun fasadında reklam yerləşdirmişdir. Əməlindən peşimandır. Azərbaycan Respublikası X6 X8 idarəsinin nümayəndəsi X1 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin 1472 №li 20.06.2017-ci il tarixli fərmanına əsasən ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimlərinə və nəzarət Azərbaycan Respublikası X6 tərəfindən həyata keçirilir. 11.11.2021-ci il tarixdə X8 İdarəsinin əməkdaşları Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən və Şəxs məxsus olan “Monica” gəlinlik salonu adlı obyektin qarşısıında açıq məkanda 6m2 sahədə icazəsiz reklam qurğularının yerləşdirilməsi faktı aşkar olunmuşdur. Əməkdaşlar tərəfindən reklam qurğularının yerləşdirilməsinə görə icazə sənədinin alınmasının zəruriliyi H.Tağlıyevanın nəzərinə çatdırılsa da sonuncu qanunun tələbinə məhəl qoymayaraq, müvafiq sənədin alınmasından imtina etmişdir. Ona görə də H. Tağıyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin, onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 428.7.1-ci maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdırən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin tərkibi var və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-901/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-901/2021
01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver