Məhkəmə qərarları › İş №3(051)-902/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-902/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-902/2022 23.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Zərərçəkmiş: X1 iştirakı ilə xx.xx.1975–ci il tarixdə Göyçay rayonu, Qəbələ Müskürlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 23 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasının həyətində ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, keçmiş həyat yoldaşı olan Musayeva Ruhiyyə ilə ev bölgüsü ilə bağlı aralarında mübahisə vardır. Bununla bağlı söhbət etmək üçün o, keçmiş həyat yoldaşı Ruhiyənin işlədiyi Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasına getmişdir. Lakin keçmiş onunla söhbət etmək istəməmiş və polis çağırmışıdır. Ona görə də o, Ruhiyyəyə əsəbləşmiş və bir az ucadan danışmışdır. Bununla belə o, polis əməkdaşlarının qanuni tələblərini pozmamışdır. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, keçmiş həyat yoldaşı olan Şəxs onun iş yerinə gələrək ucadan səs-küy salmış və onu söyüb təhqir etmişdir. Ondan sonra onun şikayəti əsasında hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, öz hərəkətlərini davam etdirmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə əməliyyat qrupunda olduğu zaman saat 15 radələrində Mingəçevir ŞPŞ-nə daxil olmuş müraciət əsasında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının inzibati binasının həyətində bir nəfər şəxsin sərxoş halda ucadan səs- küy salaraq söyüşlər söydüyünü görmüşlər. onlar ona səs- küy salmamasını bildirdikdə o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla bağlı onun barəsində inzibat xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs 23 dekabr 2022-ci il tarixdə saat sərxoş vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs 23 dekabr 2022-ci il tarixdə Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasının həyətində ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuş və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 23 dekabr 2022-ci il tarixdə Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasının həyətində ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmaqla və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid və zərərçəkmiş ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş halda olması onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Eləcə də, Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllnin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34.1, 34.3, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 23 dekabr 2022–ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar