Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-903/2022 26.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İnzibati xəta haqında protokolu tərtib etmiş Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X3 Zərərçəkmiş şəxs: X1 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.2000-ci il tarixdə Bərdə rayon Hacallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Bərdə rayon Hacallı kəndində qediyyatda olmaqla, Bərdə rayon Hacallı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus Samsung M32 markalı 200 manat dəyərindəki telefonu oğurlamışdır və barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqında protokolu tərtib etmiş Mingəçevir ŞPŞnin polis sahə rəisi X5 protokola uyğun izahat verdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə X2 məxsus Samsung M32 markalı 200 manat dəyərindəki telefonu oğurladığını etiraf etmişdir. Lakin hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ona məxsus əmlakı oğurlamışdır. Bununla belə o hazırda Şəxs ilə barışmışdır. Hazırda onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə protokolu, işdə iştirak edən şəxslərin barışması halını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs X4 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışmışdır. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbləri yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxs X4 ilə barışdığı üçün, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-903/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-903/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver