Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-903/2023 27.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Azərbaycan Respublikası X5 X7 idarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Azərbaycan Respublikası X5 X7 idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan RespublikasıX5 X7 idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Qasımova X2 şəhəri, H.Əliyev prospektində yerləşən “Angels Laser” salonunun fasadında xarici dildə reklam yerləşdirmişdir. Ona görə də barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, vergi ödəyicisidir. Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Angels Laser” salonu adlanan obyektdə fəaliyyət göstərir. Quraşdırılmış reklama görə Azərbaycan Respublikası X5 X7 idarəsi ilə aralarında müqavilə bağlanmışdır. 2021-ci ildən mütəmadi olaraq raklama görə reklam idarəsinə ödənişlər etmişdir. Barəsində 14 noyabr 2023-cü il tarixdə reklam qanunvericiliyini pozmağa görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda reklam Azərbaycan dilində yazılıb. Məhkəmədən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası X5 X7 idarəsinin nümayəndəsi X1 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin 1472 №li xx.xx.2017-ci il tarixli fərmanına əsasən ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikası X5 tərəfindən həyata keçirilir. xx.xx.2023-cü il tarixdə X7 İdarəsinin əməkdaşları Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən və Şəxs məxsus olan “X8” salonu adlı obyektin fasadında açıq məkanda xarici dildə reklam qurğularının yerləşdirilməsi faktı aşkar olunmuşdur. Əməkdaşlar tərəfindən reklam qurğularının yerləşdirilməsinə görə icazə sənədinin alınmasının zəruriliyi Şəxs nəzərinə çatdırılsa da sonuncu qanunun tələbinə məhəl qoymayaraq, müvafiq sənədin alınmasından imtina etmişdir. Ona görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Reklam idarəsinin nümayəndəsi sədrlik edənin sualına cavab olaraq bildirdi ki, Şəxs ilə reklam idarəsi arasında həmin reklamın yayımına görə 2021-ci il tarixdən bağlanmış müqavilə vardır. Şəxs həmin reklamın yayımına görə 2021-ci ildən idarəyə vaxtlı-vaxtında ödənişlər edir. Həmin vaxtdan Şəxs reklamın dövlət dilinə keçirilməsi ilə bağlı iradlar bildirilsə də o bununla bağlı idarədən vaxt istəmişdir. İdarə 2021-ci ildən ona kifayət qədər vaxt vermiş, lakin o reklamı qanunun tələblərinə uyğunlaşdırmamışdır. Nəticədə rekalm qanunvericiliyin pozmağa görə şəxs barəsində 14 noyabr 2023-cü il tarixdə inzibati protokol tərtib edilmişdir. Reklam idarəsinin nümayəndə inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh təbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, sübutları araşdırıaraq qiymətləndirib hesab edir ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan: xx.xx.2023-cü il tarixli № 00104 saylı X5 X7 idarəsinin əməkdaşları S.R.Paşayev və E.M.Ağayev tərəfindən akt tərtib edərək, Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “X8” salonun işçısı Şəxs “Reklam haqqında” Qanunun 4.7-ci maddəsinin tələbini pozmuşdur. xx.xx.2023-cü il tarixli “Yazılı Göstəriş”-dən görünür ki, Şəxs məxsus obyektin giriş hissəsində, fasadında olan reklamın yayımının dayandırılması barədə 5 gün müddətinə vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, barəsində inzibati icraatat aparılan şəxs xx.xx.2023-cü il tarixdə yazılı göstərişi qəbul etmişdir. xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “X8” salonun fasadında xarici dildə olan reklam yayımı sökülmüşdür. Ödəniş qəbzlərindən görünür ki, Şəxs X5 X7 idarəsinin hesabına müxtəlif vaxtlarda, (2021-2023-cü illər) ərzində ödəniş etmişdir. Azərbaycan Respublikası “Reklam haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən 4.7. Reklamda “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. 10.4 Reklam yayıcısı və reklam agenti ilə, habelə reklam istehsalçısı yaxud reklam agentinin reklam yayıcısı ilə münasibətləri müqavilə ilə tənzimlənir. 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 35.3. Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin aşağıdakı maddələrinə əsasən 3.Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1. bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 428.7.2.“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsi inzibati məsuliyyətə səbəb olur. İnzibati protokol tərtib etmiş reklam idarəsinin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından, işdə olan sübutlarla müəyyən olunur ki, Şəxs ilə reklam idarəsi arasında reklam yayımına görə müqavilə olmuş, Şəxs 24 aprel 2021-ci il tarixdən X7 İdarəsinə reklam yayımına görə mütəmadi ödənişlər etmişdir. Ödənişlər 2021-2023-cü illəri əhatə edir. Reklam idarəsinin nümayəndəsi bu müddət ərzində şəxs barəsində inzibati protokol tərtib edilməməsinin səbəbi kimi ona reklamın qanuna uyğun hala salınması üçün vaxtın verilməsi ilə əsaslandırmışıdır. Beləliklə protokol tərtib etmiş idarə inzibati xətanın törədilməsini 2021-ci ildə aşkara çıxarmışdır. Bununla bağlı protokolu isə 2023-cü ilin noyabrnda tərtib etmişdir. Yəni inzibati xəta haqqında protokol inzibati xəta hadisəsi törədildikdən 2 ildən çox vaxt keçdikdən sonra tərtib edilmişdir. Reklam haqqında qanunvericiliyin pozulması (maddə 428.) -34 cü fəsil İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. Bu fəslə aid inzibati xətaların törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilmək üçün qanunda ayrıca müddət nəzərdə tutulmamışdır. Beləliklə inzibati xətanın törədildiyi gündən 4 ay müddətində şəxs inzibati məsuliyyətə cəlb olunmalı idi. Yəni inzibati xəta haqqında protokol 2021-ci ilin 24 avqustuna qədər tərtib edilməli olduğu halda, inzibati xəta haqqında protokol 2023-cü ilin noyabrnda tərtib edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş müddət keçdikdən sonra tərtib edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin . Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Güləndam Quliyeva