Məhkəmə qərarları › İş №3(051)-904/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-904/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-904/2021 02.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X2, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-312/2021 №li 16.02.2021-ci il tarixli icra sənədini icra etmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-312/2021 №li 16.02.2021-ci il tarixli icra sənədinə əsasən ondan və X5 7210 manat pul alınıb X4 verilməlidir. Lakin məhkəmə qətnaməsindən, icra sənədindən onun məlumatı olmamışdır. O, Mingəçevir şəhərində valideyinləri ilə birlikdə yaşayırdı. Anası vəfat etdikdən sonra atası başqa qadınla evlənmiş, bir müddət sonra onunla atası arasında münasibətlər pozulmuş, atası yaşadıqları evi satmış, o da Bakı şəhərində getmişdir. Hazırda Bakı şəhərində yaşayır və orada işləyir. Qeydiyyatda olduğu ünvanda yaşamadığına görə ya məhkəmədən, ya da icra və probasiya şöbəsindən göndərilmiş qətnamə və bildirişlər ona çatmamışdır. O, icra sənədini icra etməkdən boyun qaçırmır. Hazırda borcundan 500 manat ödəyir. Qalan borcunu da ödəyəcəkdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-312/2021 №li 16.02.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 7210 manat pul alınıb ona verilməlidir. Hazırda Şəxs borcundan 500 manat ödəmişdir. Qalan borcunu da ödənilməsini tələb edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-312/2021 №li 16.02.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs və X5 7210 manat pul alınıb X4 verilməlidir. Lakin borclular borcdan heç bir ödəniş etməmişlər. Qeydiyyatda olduğu ünvanda yaşamadığına, yaşayış yeri məlum olmadığına görə Şəxs barəsində axtarış verilmiş, həmin qərar əsasında axtarış işi açılmış və Şəxs tapılaraq şöbəyə təqdim olunmuşdur. Şəxs icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs hazırda borcundan 500 manat ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməməsi səbəbini qeydiyyatda olduğu ünvanda yaşamaması, məhkəmə qətnaməsinin, eləcə də icra sənədinin icrası ilə bağlı bildirişlərin ona çatmaması, ona görə də icra sənədindən məlumatı olmaması ilə izah etmiş və borcunu ödəyəcəyini bildirmişdir. İş materialları ilə də məhkəmə qətnaməsinin və icra sənədinə dair bildirişin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çatması, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsini müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci mddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki Şəxs əməlində 7240 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində 7240 manat borcla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar