Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-906/2021 30.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X2, Mingəçevir şəhər icra və probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3 nümayəndəsi X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01.05.1961-ci ildə Ağdam rayonu Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi C115 ünvanda yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: 16.09.2006-cıil təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat alimentin hər ay alınaraq X5 ödəməli olması barədə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3704/2016 №li 29.08.2016-cı il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs oğlunun barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs oğlunun həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3704/2016 №li 29.08.2016-cı il tarixli icra sənədindən görünür ki, 16.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq, X5 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 29.08.2016-cı il tarixli icra sənədinə əsasən 16.09.2006-cıil təvəllüdlü Nihad adlı oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat sabit pul məbləğində aliment hər ay ondan alınaraq X5 verilməlidir. Ancaq alimenti tam ödəməmiş, aliment borcu yaranmışdı. Hazırda alimenti ödəməyə maddi imkanı yoxdur. Zərərçəkmiş şəxs X3 nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 29.08.2016-cı il tarixli icra sənədinə əsasən 16.09.2006-cıil təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq, X5 verilməlidir. Lakin borclu aliment ödəməmiş, 2769 manat aliment borcu yaranmışdır. Tələbkar onun qızıdır. Qızı Vüsalə işləmir. Maddi imkanı olmadığına görə Rusiyada yaşayan qardaşları Vüsaləni öz yanlarına aparmışlar. Vüsalənin maddi tələbatını qardaşları ödəməyə çalışsa da, uşağı saxlamağa maddi imkanları çatmır. Borclu da alimenti ödəməkdən imtina edir. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3704/2016 №li 29.08.2016-cı il tarixli icra sənədindən görünür ki, 16.09.2006-cıil təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq, X5 verilməlidir. Şəxsa icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs aliment borcunu ödəməmişdir, hazırda isə onun 2769 manat borcu vardır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 30.11.2021-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-906/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-906/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver