Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-908/2022 30.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə qayınanası Aybəniz Mikayılovanın yaşadığı evdə bədəninin müxtəlif nahiyyələrinə vuraraq döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X1 Çiraqova ilə xx.xx.2016-cı il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından Vidadi və Aylin adlı uşaqları var. Ailə qurandan normal münasibətləri olsa da son bir il ərzində aralarında ailədaxili mübahisələr olmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə Zəhra uşaqları götürüb anası Aybəniz Mikayılovanın yaşadığı ünvana getmişdir. O, uşaqlarını görmək üçün mütəmadi olaraq Aybəniz Mikayılovanın ünvanına gəlib-getmiş, aralarında hər hansı münaqişə və ya mübahisə olmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə yenidən uşaqlarını görmək üçün həmin ünvana gedəndə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, əsəbləşərək qayınanası Aybəniz Mikayılovanı əli ilə vuraraq döymüşdür. Hazırda zərərçəkmiş şəxs X4 ilə barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun qızı Zəhra Çiraqova ilə xx.xx.2016-cı il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından Vidadi və Aylin adlı uşaqları var. Ailə qurandan normal münasibətləri olsa da son bir il ərzində aralarında ailədaxili mübahisələr olmuşdur. Ona görə də xx.xx.2022-ci il tarixdə qızı Zəhra uşaqları götürüb onun yaşadığı ünvana gəlmişdir. Şəxs tez-tez uşaqlarını görmək üçün gəlirdi, aralarında hər hansı münaqişə və ya mübahisə olmamışdır. Feruz xx.xx.2022-ci il tarixdə yenidən uşaqlarını görmək üçün onun evinə gəlmiş, aralarında mübahisə yaranmış, mübahisə zamanı əli ilə vuraraq onu döymüşdür. Hazırda Şəxs ilə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 688 №-li 21 noyabr 2022-ci il tarixli rəyində göstərilir ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sağ gicgah nahiyyəsində, sol gözünün alt qapağında və sağ diz oynağında qançırlar bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini nəzərə alaraq hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-908/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-908/2022
30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver