Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-91/2024 22.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, şikayət verən şəxs X11 iştirakıilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X6 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə post patrul xidmətinin əməkdaşı ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Orada ona çalışdığı sexin arxasında istehsalat və məişət tullantılarının qalaqlanmasına görə məsuliyyət daşıdığını bildirmişlər. O, tullantıların atıldığı ərazinin onun fəaliyyət yerinə aid olmadığını, həmin yerə cavabdehlik daşımadığını və sözügedən tullantıların bina sakinlərinə aid olduğu bildirmişdir. Həmin ərzidə kamera görüntülərdən də müəyyən etmək mümkündür. O, yararsız təkərləri heç yerə atmadığını, əksinə onları saxlayıb hərbi hissələrə təhvil verdiyini bildirsə də, polis əməkdaşları onun dediklərinə məhəl qoymamışlar və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarını dəvət etmişlər. O, idarənin əməkdaşlarına da sexin arxasında qalaqlanmış məişət tullantılarının ona aid olmadığını bildirmiş, lakin buna baxmayaraq onun barəsində xx.xx.2023-cü il tarixdə AR İXM-nin 271ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 500 manat məbləğində cərimə olunmuşdur. O, heç bir pozuntu etməmiş, maddi imkanı yoxdur və bütün ailə üzvləri onun himayəsindədir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında özünü inzibat xəta törətməkdə təqsirli bilmədi və ifadəsində göstərdi ki, 8 saylı Ekoloqiya və Təbii Sərvətlər İdarəsinin əməmkdaşları tərəfindən onun barəsində qanunsuz olaraq qərar qəbul etmişlər. O, heç bir hüquq pozuntusuna yol verməyib. Sexin arxasındakı məişət tullantılarını o tökməsə də izhatında onun tərəfindən qalaqlandığını bildirmişdir. O, izahatını təzyiq altında yazmışdır. Daha sonra həmin qalaqlanmış tullantıları özü texniki vasitə çağırıb təmizlətdirmşdir. Odur ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X8 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə 540 saylı sərəncamı əsasında Mingəçevir ŞPŞ-in əməkdaşları ilə birgə Mingəçevir şəhərində tullantıların idarə olunması ilə bağlı birgə reyd keçirilmişdir. Reyd zamanı Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən avto-təmir sexinin arxasında tullantılarının qalaqlanması faktı aşkar olunmuş və həmin sexdə çalışan X12 izahat verərək çalışdığı sexin arxasında qalaqlanmış tullantıları fiziki gücü olmadığına təmizləmədiyini bildirmiş və həmin tullantılarını dərhalı təmizləyərək əvvəlki vəziyyətinə gətirmişdir. Araşdırma nəticəsi olaraq X12 “İstehsalat və məişət tullantıları” haqqında qanunun tələblərini pozaraq inzibati xəta törətmiş və onun barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X12 tərəfindən Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən avtotəkər təmir sexinin arxa tərəfindən istehsalat və məişət tullantıları qalaqlanması qaydasının pozulmasına görə protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli MN 144081 saylı qərardan görünür ki, X2 şəhəri Naxçıvan küçəsində yerləşən avto-təkər təmir sexinin arxa tərəfindən istehsalat və məişət tullantılarıqalaqlanmasıqaydasının pozulmasına görə barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi izahatda göstərmişdir ki, çalışdığı sexin arxasında qalaqlanmış tullantıları fiziki gücü olmadığına təmizləmədiyini bildirmiş və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişinin xidməti məruzəsindən görünür ki, X5 ətrafıdakı tullantıları təmizləyərək əvvəlki vəzyyətinə gətirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası “İstehsalat və məişət tullantıları” haqqında Qanunun 1 ci maddəsainə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar sayılır. Tərəflərin izahatı, işdə olan məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, barəsində inzibati protokol tərtib edilərək qərar qəbul edilmiş şəxs məişət tullantılarını onun tərəfindən qlaqlandığını etiraf etmiş, daha sonra həmin ərzaini təmizləmişdir. Göstərilənlərə əsasən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətçi X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN 144081 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub QƏRARA ALDİ: X13 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN 144081 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-91/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-91/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver