Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-911/2021 02.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştiraki ilə, xx.xx.1983-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, "xxxx" MMC-də işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhər Gəncə şosesi döngə ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2021 №li 17.05.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 3747 manat borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2021 №li 17.05.2021-ci il tarixli icra sənədinə əsasən ondan 3000 manat məbləğində pul, 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri 1491 manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı olmadığına görə borcunu tam ödəməmiş, ona görə də 3747 manat borcu yaranmışdır. Barəsində inzibati protokol tərtib edildikdən sonra əvvəl 500 manat, sonra yenə 500 manat ödəniş etmişdir. Mülkiyyətində də elə bir daşınar və daşınmaz əmlakı yoxdur ki, satıb borcunu tam ödəsin. Ona məxsus 108 ədəd 2 tərəfi rezbalı ankerbolt, 43 ədəd 1 tərəfi rezbalı ankerbolt və 210 ədəd metal lövhəli bayraqcıqlar var ki, həmin əşyalar təhvil götürüb satışa çıxarılıb, qiymətə münasib borcundan çıxılmasını xahiş edir. Qalan borcunu da ödəyəcəkdir. Hazırda "xxxx" MMCdə işləyir. Borcunun əmək haqqına yönəldilməsinə də etiraz etmir. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2021 №li 17.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 3000 manat məbləğində pul, 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri 1491 manat məbləğində pul alınıb ona verilməlidir. Şəxs 3747 manat borcu yaranmışdır. Həmin borcundan da 1000 manat ödəmişdir. Borcun qalan hissəsinin ödənilməsini tələb edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2021 №li 17.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 3000 manat məbləğində pul, 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri 1491 manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Lakin Şəxs borcunu tam ödəmədiyi üçün onun 3747 manat borcu yaranmışdır. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs həmin borcundan da 1000 manat ödəmişdir. Bundan əlavə Şəxs məxsus 108 ədəd 2 tərəfi rezbalı ankerbolt, 43 ədəd 1 tərəfli rezbalı ankerbolt və 210 ədəd metal lövhəli bayraqcıqlar götürülüb, borcun yönəldilməsi üçün hərraca çıxarılmışdır. Şəxs mülkiyyətində digər daşınar və y daşınmaz əmlak olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 3747 manat borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 3747 manat borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-911/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-911/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver