Məhkəmə qərarları › İş №3(051)-913/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-913/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-913/2021 26.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanına Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olunmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun surətinə baxaraq Müəyyən etdim: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanına Dövlət Vergi Xidmətinin 11 saylı ərazi Vergilər Baş idarəsi tərəfindən daxil olunmuş Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş MN0878911 №li 15.11.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surəti baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun surəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən məhkəməyə göndərilmiş16.11.2021-ci il tarixli məktubda Şəxs MMC barəsində tərtib edilmiş 15.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilməsi göstərilsə də, məktuba ancaq qeyd edilən inzibati xəta haqqında protokolun surəti əlavə edilmişdir. İnzibati xəta haqqında protokolun əsli, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC haqqında sənədlər məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində göstərilir k, təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Qərara a l d ı m: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanına Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar