Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-914/2023 04.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir ŞPŞ İTB-nin polis sahə rəisi X11, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Abdulxalıq qızının Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakları ilə xx xxxx 1974-cü il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ev 1,m.402-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 saylı binanın qarşısında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Şəxs iş yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir Mingəçevir ŞPŞ İTB-nin polis sahə rəisi X11 məhkəmə iclası zamanı tərtib etdiyi protokola uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. xx.xx.2023-cü il tarixdə səhhətində yaranmış narahatçılığa görə bir gün sonra qardaşı X4 ilə görüşməli idi. 25 oktybar 2023-cü il tarixdə səhər saatlarında harada olmasını soruşmaq məqsədi ilə qardaşı Mustafaya zəng etmişdir. Bu zaman məlum olmuşdur ki, saat 08:30 radələrində qardaşı Mustafa onu axtarmaq üçün onun işlədiyi əraziyə, yəni Mingəçevir şəhəri Ş.İ.ünvan 1miş, bu zaman hansısa səbəbdən Aygünlə arasında sözlə mübahisə olmuş və mübahisə zamanı Aygün onun qızı X3 ünvanına nalayiq sözlər demişdir. O da dərhal Ş.İ.ünvan 1miş, Aygündən xahiş etmişdir ki, onun qızı barədə danışmasın və hansı səbəbdən qardaşına qızı barədə xoşagəlməz sözlər dediyini soruşmuşdur. Bu sözdən dərhal sonra Aygün onun saçından tutub yolmuşdur. Bundan sonra orada olan iş yoldaşları onları aralaşdırmışlar. O da ağlaya-ağlaya uzaqlaşıb getmişdir. Hadisə zamanı Aygünü döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Əksinə Aygün onun saçından yolmuşdur. Hesab edir ki, o, günahsızdır, odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, barəsində şikayət etdiyi Tərlan adlı şəxs onun iş yoldaşıdır. Tərlanla arasında əvvəllər də mübahisələr olmuşdur. Belə ki, Tərlan 2023-cü ilin iyun ayında ondan borc pul istəmiş, ona borc pul vermədiyi üçün onunla prinsip aparmağa başlamışdır. Mütəmadi olaraq onu narahat edib hansı səbəbdən işə gəlmədiyini deyir, Tərlana şəhidlərin dəfnində olduğunu deyirmiş. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində işlədiyi ərazidə, yəni Ş.İ.Xətai küçəsi 14/1 saylı binanın qarşısında iş yoldaşları ilə oturan zaman Tərlanın adını bilmədiyi qardaşı gəlmiş və ondan sahə rəisinin harada olduğunu soruşmuşdur. O isə sahə rəisinin başqa ərazidə olduğunu demişdir. Bundan sonra Tərlanın qardaşı “hanı o gicbəsər, şəhidlərin adından istifadə edir və işə gəlmir” ifadəsini işlətmişdir. O da Tərlanın qardaşına cavab qaytarmış və mobil telefonunu çıxarıb işə gəlmədiyi günün videosunu göstərmişdir ki, həmin tarixdə şəhid dəfnində olduğunu sübut etsin. Həmçinin, Tərlanın qardaşına onun bacısı qızının əvvəllər evdən qaçdığını, onu özü polis şöbəsinin köməyi ilə tapdırdığını demişdir. Bundan sonra Tərlanın qardaşı çıxıb getmiş, təxminən 10 dəqiqə sonra Tərlan onun yanına gəlmiş və “sən mənim evimin sirrini hansı səbəbdən qardaşıma demisən” ifadəsini işlətmişdir. O da yaxşı elədiyini demiş və bundan sonra Tərlan əli ilə bir neçə dəfə onun ağız, baş və sol sifət nahiyyəsinə vurmuş, sol qolundan tutub sıxmış və hər iki əlinin üstünü cırmaqlamışdır. Sonra iş yoldaşları onları aralaşdırmışlar. Özü Tərlanı döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. O, hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində ən sərt cəza tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X6 ifadəsində bildirmişdir ki, onlar Aygünlə birgə işləyirlər, sahə rəisi ilə Aygünün mübahisəsi olmuş,daha sonra bilmişlər ki, sahə rəisi Tərlanın qardaşıdır. Tərlan gəlib Aygünə niyə qızı haqqında pis sözlər danışdığını soruşmuşdur. Daha sonra qarşılıqlı bir-birinin saçını yolmaqlarını görmüşdür. O, Tərlanın başının Aygünün ağız nahiyyəsinə dəydiyini görmüş, bundan sonra ağzı qanamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 verdiyi ifadəsində göstərmişdir ki, Tərlanın qardaşı gəlib Aygünə qarşı kobudluq etdi. Məhz bundan sonra Aygünlə Tərlan dalaşmışdır. O, kimin kimi vurduğunu görməmişdir. Lakin sonra görmüşdür ki, Aygünün ağzı qanayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X1 verdiyi ifadəsində göstərdi ki, bir oğlan gəlmiş, daha sonra Tərlanla Aygün arasında dava-dalaş düşmüşdür. O və digər şahidlər onları ayırmışlar. Kimin kimi vurduğunu görməsə də, Aygünün ağzının qanadığını görmüşdü. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sahə rəisinin izahatı, şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan 04 noyabr 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 20 iyul 2023-cü il tarixli Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin 20 iyul 2023-cü il tarixli 511 saylı rəyindən görünür ki, X2 gözünün bayır bucağında qançır, hər iki dirsək oynaqlarının arxa səthlərində sıyrıqlar bərk küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin 723 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: üst dodağında yara və hər iki əlinin baş barmaqlarında sıyrıqlar, bərk küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan xx.xx.2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilərək Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 saylı binanın qarşısında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Şəxs iş yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində 300 manat miqdarında cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-914/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-914/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver