Məhkəmə qərarları › İş №3(051)-920/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-920/2020

28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-920/2020 28.12.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Borclu Şəxs, X2nın və Mingəçevir şəhər İcra şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx xxxxxx 1957-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 27 ünvanında müvəqqəti olaraq qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: X1 Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh Şəxs tutulub iddiaçı X4 ödənilməsinə dair Mingəçevir şəhər məhkəməsinin 2(051)-2219/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2219/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi və ödənilmiş 10 manat dövlət rüsumunun ondan tutulub iddiaçı X4 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin, o, Aygün Qəribovanın mənzilə istifadə hüququnun itirilməsi üçün məhkəməyə iddia qaldırıb və hal-hazırda məhkəmə prosesi davam etdirilir. Buna görə də mənzilə köçməyə narazıdır və qarşı tərəfin mənzilə köçməsinə razılıq verməyəcək. Məhkəmə iclasında icra 2219/2019 saylı, xx.xx.2019-cu tarixli qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh Şəxsn tutulub iddiaçı X4 ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Hazırda Şəxs Qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Məhkəmə iclasında X2 izahatında göstərmişdir ki, Mingəçevir şəhər 2(051)- 2219/2019 saylı, xx.xx.2019-cu tarixli qətnaməsinə əsasən onun Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh Şəxs tutulub ona ödənilməsi qət edilmişdir. O, həmin evə köçmək istəyir, lakin Şəxs hər dəfə onun mənzilə köçməyini məhkəmə qətnamələrindən şikayət verməklə uzadır ki, onun istifadə hüququna xiitam versin. Şəxs qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır. Borclu, tələbkar və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs ona icra sənədi çıxdıqdan sonra lazımi qaydada ödəniş etməmiş yalnız müddət uzatmaqla qətnamənin icrasından yayınmağa çalışır. Ona görə də qətnamənin icrasından yayınma və icra məmurunun bu barədə qanuni tələblərini icra etməmə göstərilən maddənin tərkibini tam formada yaradır. Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar