Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-922/2021 02.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 Tələbkar: X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx xxxxxxx 1978-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ş.Kamaloğlu MMC-də sürücü işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs X3 Mingəçevir şəhəri 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 nömrəli evin 42 nömrəli mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə Mingəçevir şəhər məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-759 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər 17 may 2021-ci il tarixli, 2(051)-759 saylı qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 nömrəli evin 42 nömrəli mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda tələbkarın həmin mənzilə köçürülməsinə razı deyil. Çünki onun və anası Həqiqət Mustafayevanın həmin iş üzrə möhlət verilməsi ilə bağlı məhkəmə prosesi gedir. Həmin məhkəmə prosesi 07.12.2021-ci il tarixə təyin edilmişdir. Həmçinin onlar hazırda evi satdığa qoymuşlar, ev girovda olduğu üçün kredit borcunu da bağlamışlar.Həmin evi almaq istəyən şəxs evin kredit borcunu ödəyən şəxsdir. Evin girovdan azad olunması barədə sənədləri bankdan aldıqdan sonra qarşı tərəfə 15000 manat konpensasiya ödənilməklə istifadə hüququna xitam veriləcəkdir. Hazırda möhlət verilməsi bağlı ərizə ilə məhkəməyə müraciət etmişlər. Ona görə də hazırda barəsində olan inzibati xəta haqqında prokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X4 verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər 17 may 2021-ci il tarixli, 2(051)-759 saylı qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 nömrəli evin 42 nömrəli mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda borclu icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. O, hazırda kirayədə qalır yaşamağa başqa yeri yoxdur. Mingəçevir şəhər 17 may 2021-ci il tarixli, 2(051)-759 saylı qətnaməsinin borclu tərəfindən icra edilməsini, həmin mənzilə köçüb orada yaşamaq istəyir. Ona görə də Şəxs barəsində ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X6 izahatında göstərmişdir ki, Mingəçevir şəhər 17 may 2021-ci il tarixli, 2(051)-759 saylı qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 nömrəli evin 42 nömrəli mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni icra etməmiş və qətnamə icrasız qalmışdır. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Mingəçevir şəhər 17 may 2021-ci il tarixli, 2(051)-759 saylı qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 nömrəli evin 42 nömrəli mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin borclu icar sənədini icra etməmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Mustafayev X5 şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 17.05.2021-cu il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-922/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-922/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver