Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-923/2021 02.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X4, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: 26.09.2014-cü il təvəllüdlü Adəmin yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat alimentin hər ay alınaraq X2 ödəməli olması barədə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2533/2018 №li 07.11.2018-ci il tarixli, 28.05.2005-ci il təvəllüdlü Əfsanə və 18.02.2008-ci il təvəllüdlü Aysunu yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat Mingəçevir şəhər məhkəməsinin 2(051)-2863/2018 №li 28.11.2018-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında İsmayılov Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2533/2018 №li 07.11.2018-ci il tarixli icra sənədindən görünür ki, 26.09.2014-cü il təvəllüdlü Adəm adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2863/2018 №i 28.11.2018-ci il tarixli icra sənədindən görünür ki, 28.08.2005-ci il təvəllüdü Əfsanə və 18.02.2008-ci il təvəllüdü Aysu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq, X2 verilməlidir. İcra vərəqələri üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 07.11.2018-ci il tarixli icra sənədinə əsasən 07.08.2018-ci il təvəllüdlü oğlu Adəmi yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat, Mingəçevir şəhər Məhkəməsinin 28.11.2018-ci il tarixli icra sənədinə əsasən 28.08.2005-ci il təvəllüdü Əfsanə və 18.02.2008-ci il təvəllüdü Aysu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment hər ay ondan alınaraq X2 verilməlidir. Ancaq alimenti ödəməmiş, 6300 manat aliment borcu yaranmışdı. Hazırda alimenti ödəməyə maddi imkanı yoxdur, işləyib alimenti ödəyəcəkdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 07.11.2018-ci il tarixli icra sənədinə əsasən 26.09.2014-cü il təvəllüdlü Adəm adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat, Mingəçevir şəhər Məhkəməsinin 28.11.2018-ci il tarixli icra sənədinə əsasən də 28.08.2005-ci il təvəllüdü Əfsanə və 18.02.2008-ci il təvəllüdü Aysu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq ona verilməlidir. Lakin borclu alimenti ödəməmişdir. Alimentin tam şəkildə ödənilməsini tələbedir, əks halda Şəxs qanun daxilində cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2533/2018 №li 07.11.2018-ci il tarixli icra sənədinə əsasan 26.09.2014-cü il təvəllüdlü Adəm adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2863/2018 №i 28.11.2018-ci il tarixli icra sənədinə əsasən 28.08.2005-ci il təvəllüdü Əfsanə və 18.02.2008-ci il təvəllüdü Aysu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq, X2 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin R.İsmayılov alimenti ödəməmiş, hazırda isə onun 6300 manat borcu vardır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 02 dekabr 2021–ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından həbs alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-923/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-923/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver