Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-927/2021 06.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1993–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 06.12.2021-ci il tarixdə saat 01:00 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binası qarşısında polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, 06 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhərinin N.Nərimanov küçəsi və Nizami küçəsinin kəsişməsində tanışı Əli yol nəqliyyat hadisəsi törətmişdir. O və tanışı Nail adlı şəxs hadisə yerinə gələn zaman orada polis əməkdaşları olmuşdur. Hadisə yerini müayinəsi zamanı polis əməkdaşları ona və tanışı Nailə kənarda dayanmağı bildirmişlər. Həmin vaxt o, X7 əməkdaşları tərəfindən tanışı Əlinin idarə etdiyi maşın hadisə yerindən götürülərkən evakuator vasitəsi ilə duracağa yerləşdirməsinə etiraz etmiş və avtomaşının evakuator vasitəsi deyil, sürülərək aparılmasını bildirmişdir. Maşın duracağa yerləşdirildikdən sonra tanışı Əlidən xəbər bilmək üçün Naillə birlikdə Mingəçevir Şəhər Polis Şöbəsinin binasına yaxınlaşmışdır. Həmin vaxt o, X5 əməkdaşı Elnur Mingəçevir ŞPŞ-nin qarşısına gəldiyini gördükdə, Elnura, “Elnur inşallah sabah görüşərik” deyə xitab etmişdir. Həmin vaxt Elnur onun bu sözünə görə “sən kimsən ki, mənimlə söhbət edirsən” deyə etiraz etmişdir. Bu zaman o, Elnura “sən məni tanımırsanki, mən kiməm” deyə cavab vermişdir. Ona görə də aralarında mübahisə olmuş və ondan sonra Elnur üzərinə gələrək onu ŞPŞ-nin inzibati binasına aparmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Mingəçevir Şəhər PŞ-in DYPB-nin YPX inspektoru vəzifəsində işləyir. 06.12.2021 -ci il tarixdə saat 00:10 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinin mühafizəsini təşkil etmiş və yol- nəqliyyat hadisəsini törədən avtomobili duracağa aparmaq istəyərkən, hadisə yerinə gələn tanımadığı iki nəfər şəxs onlara yaxınlaşaraq, avtomobili duracağa aparmaqlarına mane olaraq onların iş rejimini pozurmuşlar. Onlar həmin şəxslərin etdikləri əməlin qanunsuz olduğunu onlara dəfələrlə izah etsələr də, onlar öz hərəkətlərini qərəzli şəkildə davam etdirmişdirlər. Hadisə yerinin müayinəsindən sonra avtomobili duracağa yerləşdirib şəhər polis şöbəsinin inzibati binasına yaxınlaşan zaman həmin şəxslər yenə də polis şöbəsinin qarşısında xidmət etdikləri avtopatrul maşınına yaxınlaşaraq avtomaşının duracağa qoyulmasına görə onlara irad bildirmişlər. Bu vaxt həmin şəxslərdən biri onlara “Sabah səninlə söhbət edib səni başa salacam” demişdir. Onlar həmin şəxsləri nizam-intizama dəvət edərək Mingəçevir ŞPŞ-nə gətirmişdirlər. Mingəçevir ŞPŞ-də məlum olmuşdur ki, həmin şəxslər Mingəçevir şəhər sakinləri xx.xx.1993-cü il təvəllüdlü Şəxs və 11.07.1993-cü il təvəllüdlü X1r. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı şahid X6 İsmayılov ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş 06 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06.12.2021-ci il tarixdə saat 01:00 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binası qarşısında polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələbinə tabe olmamışdır. İşə əlavə edilmiş 06.12.2021-ci il tarixli ******* saylı inzibati qaydada tutma haqqında protokoldsan görünür ki, Şəxs 06.12.2021-ci il tarixdə saat 02:15-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş 06.12.2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs inzibati xəta törədən zaman yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 06 dekabr 2021-ci il tarixdə saat 01:00 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binası qarşısında polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən, sərxoş halda olması isə məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 06 dekabr 2021–ci il tarixdən saat 02:15-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-927/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-927/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver