Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-93/2024 27.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC 94457.80 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 75733.71 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, mallar Şəxs MMC tərəfindən mallar ölkəyə idxal edilmişdir. Şəxs MMC ilə Rusiya Federasiyasında yerləşən “Eko Qrup” arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC-nin qeyd edilən şirkətə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Şəxs MMC tərəfindən 50705.05 ABŞ dolları və 47728.90 ABŞ dolları ilə pul vəsaiti ödəmişdir. Bundan başqa ŞəxsMMC-yə təqdim edilmiş faktura ilə də təsdiq olunur. Həmçinin onu da bildirdi ki, Şəxs MMC ilə həmin şirkət arasında mütəmadi olaraq əməliyyat aparılır, həmin şirkətdən mal alınır. Ona görə də göndərilmiş vəsaitdən əlavə də mal göndərilir ki, sonra həmin malların dəyəri də ödənilir. Qeyd edilənlərə əsasən Şəxs MMC-i barəsində İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.20221-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “Eko-Qrup” arasında inşaat materiallarının alqı-satqısı ilə bağlı ümumi qiyməti 95457.80 ABŞ dolları olan 06 may 2020-ci il tarixli 20/01-30 №li müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, Şəxs MMC–i 20/01/30 №li xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Eko qrupa” 50107.05 ABŞ dolları köçürülmüşdür xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, Şəxs MMC–i 20/01/30 №li xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Eko qrupa” 47728.90 ABŞ dolları köçürülmüşdür. xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, satıcı Rusiya Federasiyasında yerləşən “Eko qrup” tərəfindən Azərbaycan Respublikasında olan Şəxs MMC şirkətinə (Fanera -m FK- növü- İİİ/İV (CP/C)3 mm şlif; Fanera -m FK- növü- İİİ/İV (CP/C)5 mm şlif; Fanera -m FK- növü- İİİ/İV (CP/C)6 mm şlif; Fanera -m FK- növü- İİİ/İV (CP/C)7 mm şlif; Fanera -m FK- növü- İİİ/İV (CP/C)9 mm şlif; Fanera -m FK- növü- İİİ/İV (CP/C)11 mm şlif; Fanera -m FK- növü- İİİ/İV (CP/C)14 mm şlif; Fanera -m FK- növü- İİİ/İV (CP/C)17 mm şlif) müxtəlif mallar göndərilmişdir. xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, satıcı Rusiya Federasiyasında yerləşən “Eko qrup” tərəfindən Azərbaycan Respublikasında olan Şəxs MMC şirkətinə (Fanera -m FK- növü- İİİ/İİİ (CP/CP)3 mm şlif; (Fanera -m FK- növü- İİİ/İİİ (CP/CP)9 mm şlif; (Fanera -m FK- növü- İİİ/İİİ (CP/CP)12 mm şlif; (Fanera -m FK- növü- İİİ/İİİ (CP/CP)15 mm şlif; (Fanera -m FK- növü- İİİ/İİİ (CP/CP)17 mm şlif; (Fanera -m FK- növü- İİİ/İİİ (CP/CP)18 mm şlif) müxtəlif mallar göndərilmişdir. 32049573 nömrəli Gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC-yə xx.xx.2022-ci ildə 47728.90 ABŞ dolları dəyərində müxtəlif ölçülərdə faner tavaları daxil olmuşdur. 32130464 nömrəli Gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC-yə xx.xx.2022-ci ildə 50107.05 ABŞ dolları dəyərində müxtəlif ölçülərdə faner tavaları daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cvü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, ödənilmiş vəsaitin müqabilində müvafiq mallar müəyyən edilmiş müddətdə idxal olunmuşdur. Məhkəməyə təqdim olunmuş yük gömrük bəyannamələri, işdə olan digər sənədlərlə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən 20/201-30 №li müqaviləyə əsasən Rusiya Federasiyasının “Eko-qrup” şirkətinə ödənilmiş 95457.80 ABŞ dolların müqabilində müvafiq mallar idxal edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmunu halda qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 40,43, 48-51,114,128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işin icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-93/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-93/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver