Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-931/2021 08.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun nümayəndəsi - Mingəçevir şəhər prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, 21.11.1982-ci ildə Şəki rayonu Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Şəki rayonu Dəhnə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına açıq məhkəmə iclasında baxaraq QƏRARA A L D İ M: Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03.11.2021ci ildə Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində döymüşdür. Mingəçevir şəhər prokurorunun köməkçisi X1 məhkəmə iclasında bildirdi ki, X2 04.11.2021-ci il tarixdə şəhər prokurorluğuna ərizə ilə müraciət edərək Şəxs ona qarşı zorakı hərəkətlərini, onu döydüyünü, Şəxs hərəkətləri onu intihar həddinə çatdırmasını bildirmişdir. Araşdırma aparılmış Şəxs 03.11.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində Mingəçevir şəhər Mühafizə şöbəsinin qarşında şillə vuraraq ona fiziki ağrı yetirməsi müəyyən edilmişdir. Ona görə də Mingəçevir şəhər prokurorunun qərarı ilə Şəxs barəsində İXM-nin 157-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşayır. Subaydır. Zərərçəkmiş şəxs 2014-cü ildən tanıyır, həmin vaxtdan münasibətləri olmuş, görüşmüşlər. Lakin ailə qurmaq üçün Leyliyə elçi göndərməmişdir. Bəzən Leyli ilə münasibətləri pozulsa da sonra yenə də münasibətləri düzəlmiş, görüşməkdə davam etmişlər. Leyli ona elçi göndərməsini desə də bəzi səbəblərə görə elçi göndərməmişdir. 2021-ci ilin yay aylarında münasibətləri yenə pozuldu. Leyli telefon nömrəsini dəyişərək ondan gizlənməyə çalışırdı. O, Leylinin işlədiyi məktəbə gedərək onunla görüşmək, ondan gizlənməsi səbəbini öyrənmək istədi. Daha doğrusu taksi sürücüsünün onun barədə dediyi sözləri dəqiqləşdirmək istədi. 03.11.2021-ci il tarixdə yenə Leylinin işlədiyi məktəbin yanına gedərək onun işdən çıxmasını gözlədi. Leyli işdən çıxandan sonra onun arxasınca düşdü. O da Leyli mindiyi avtobusda əyləşdi. Leyli "xxxx" ASC-nin qarşısında avtobusdan düşdüyünə görə o da avtobusdan düşüb yenə Leylinin arxasınca getməyə başladı. Mingəçevir şəhər Mühafizə şöbəsinin yanından keçərkən Leyli əsəbi halda nə vaxta qədər onun arxasınca gələcəyini soruşdu. O, telefon nömrəsini ona verməməsi səbəbini soruşaraq, nömrəsini istədi. Leyli başqası ilə münasibəti olduğunu, bu səbəbdən ondan nömrəsini gizlətdiyini bildirdikdə əsəbiləşib Leylini əli ilə vurmuşdur. Zərərçəkmiş şəxsn məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ali təhsillidir, Mingəçevir şəhərində yerləşən Ağdam rayon 24 №li köçkün tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləyir. Subaydır. Şəxs 2014-cü ildən tanıyır, həmin vaxtdan tanış olmuş, münasibətləri yaranmışdır. Münasibət yaratmaqda məqsədi Şəxsla el adəti ilə ailə qurmaq olmuşdur. Aralarında münasibət yarandıqdan bir müddət sonra o, Ehtimala fikri ciddidirsə elçi göndərməsini bildirdi. Lakin Ehtiram elçi göndərmək istəmədiyini, ona qoşulub qaçmağı dedi. O da qoşulub qaçmağı bir müəllimə üçün ayıb olduğunu bildirdi. Sonra başa düşdü ki, onların ailə qurmaları mümkün deyil, Ehtimalın da məqsədi ailə qurmaq deyil. Ona görə də Ehtimaldan ayrılmaq, münasibətləri kəsmək qərarına gəldi. Telefon nömrəsini dəyişdi, onunla üz-üzə gəlməməyə çalışdı. Lakin Şəxs əl çəkməyərək onu hər gün təqib edir, iş yerinə gəlir, görüşməyə razılıq vermədiyi halda onu başqa kişilərlə münasibətdə olması ilə şantaj edəcəyini bildirirdi. Ehtimalın hərəkətlərinə görə intihar etmək fikrinə də düşürdü. Sonuncu dəfə 03.11.2021-ci ildə Ehtimalı yenə işlədiyi məktəbin həyətində gördü. Dərs saatı bitdikdən sonra gözlədi ki, bəlkə Ehtimal bir az gözləyib gedər, sonra o, məktəbdən çıxar. Ehtimalın getmədiyini görüb məktəbin binasından çıxmağa məcbur oldu. Məktəbin yaxınlığında olan avtobus dayanacağı tərəfə getməyə başladı. Gördü ki, Ehtimal da onun arxasınca gəlir O, avtobusa minib "xxxx" ASC-nin binasının yanında düşdü. Ehtimal da onunla birlikdə həmin avtobusla gedərək qeyd etdiyi yerdə onunla birlikdə düşdü. Ü.hacıbəyov küçəsində yaşayan bacısıgilə getmək, Ehtimalı özündən aralamaq istədi. Ehtimal yenə də onun təqib etməyə davam edirdi. Mingəçevir şəhər Mühafizə şöbəsinin yanından keçərkən Ehtimal ona yaxınlaşaraq və vaxtacan ondan qaçacağını soruşdu və yenə şantaj etməyə başladı. Əsəbiləşərək ondan uzaq durmağı tələb etdi. Ehtimal qəflətən əli ilə onu sol qulaq nahiyəsindən, sonra sağ qulaq nahiyəndən vurdu və onu təhqir etməyə başladı. Səhəri gün o, hadisə ilə bağlı prokurorluğa ərizə ilə müraciət etdi. Şəxs hərəkətləri, hər gün onu təqib etməsi, şantaj etməsi onu bezdiribdi. Şəxs həbs olunmasını xahiş edir. İşə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 04.11.2021-ci il tarixli 709 №li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sol qulaq seyvanında qançır və yara sol çiynində qançır küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 03.11.2021-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tərəflərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Q ə r a r a a l d ım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin o, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli 08.12.2021–ci il tarixdən saat 15:30-dən hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Mingəçevir şəhər Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-931/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-931/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver