Məhkəmə qərarları › İş №3(051)-932/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-932/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-932/2021 07.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar: X2 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx xxxxxx 1964-cü ildə Bərdə rayonu Rəcəbli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə istifadə hüququnun tanınması X2 və X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə köçürülmələri barədə Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2005- -ci il tarixli, 2-612 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2005-ci il tarixli, 2-612 saylı qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə istifadə hüququnun tanınması X2 və X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda tələbkarın həmin mənzilə köçürülməsinə razı deyil. Buna görə də tələbkara tələbkarlara kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbkarların onlarla birlikdə yaşamaları qeyri mümkündür. Əgər onlar həmin mənzilə köçüb yaşasalar aralarında böyük münaqişə yaranacaq. Qəti olaraq onların həmin mənzildə yaşamalarını istəmir. Ona görə də hazırda barəsində olan inzibati xəta haqqında prokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X5 verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2005-ci il tarixli, 2-612 saylı qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə istifadə hüququnun tanınması, özünün və X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda borclu icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Onların isə yaşamağa başqa yeri yoxdur. Mingəçevir şəhər 23 noyabr 2005-ci il tarixli, 2-612/2005 saylı qətnaməsinin borclu tərəfindən icra edilməsini, həmin mənzilə köçüb orada yaşamaq istəyir. Ona görə də Şəxs barəsində ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X7 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2005-ci il tarixli, 2-612 saylı qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə istifadə hüququnun tanınması X2 və X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni icra etməmiş və qətnamə icrasız qalmışdır. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2005-ci il tarixli, 2-612 saylı qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə istifadə hüququnun tanınması X2 və X3 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin borclu icar sənədini icra etməmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Xıdırova X4 şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 23.11.2005-ci il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar