Məhkəmə qərarları › İş №3(051)-933/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-933/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-933/2021 17.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, İcra və Probasiya şöbəsinin icra məmuru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, Mingəçevir şəhəri Nizami prospekti ev 14, mənzil 37 qeydiyyatda olan və ünvan 1 ünvanda Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq müəyyən e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2 (051)-508/2019 saylı 01.04.2019-cu il tarixli icra sənədi üzrə 6000 manat pulun hissə-hissə ödənilməsi ilə bağlı Mingəçevir şəhər 8(051)- 42/2021 saylı 16.02.2021-ci il tarixli qərardadı ilə hər ay 500 manat pulu 3 ay ödəmədiyinə, 1500 manat borcu yarandığına, qərarın icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* №li, 07.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 01.04.2019-cu il tarixli icra sənədinə əsasən 6000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul ondan alınıb X2 verilməlidir. Mingəçevir şəhər məhkəməsinin 16.02.2021-ci il tarixli qərardadı ilə həmin borcu hissə-hissə icra edərək hər ay 500 manat ödəməlidir. Xəstə olduğuna görə son 3 ay ödəniş edə bilməmişdir. Hazırda həmin borcdan 700 manat ödəmişdir. Borcun qalan hissəsinin də ödəyəcəkdir. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2 (051)-508/2019 saylı 01.04.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 6000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb X2 verilməlidir. Həmin borc Mingəçevir şəhər məhkəməsinin 8(051)-42/2021 saylı 16.02.2021-ci il tarixli icra sənədinə hər ay 500 manat olmaqla hissə-hissə icra etməklə Şəxs alınıb Zöhrab İsmayılova verilməlidir. Borclu Şəxs icra sənədini 3 ay icra etmədiyinə, 1500 manat borcu yarandığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs həmin borcundan 700 manat ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Şəxs borcu üzrsüz səbəbdən deyil, maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə iclasında müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci mddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci madəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 1500 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində 1500 manat borcla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar