Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-935/2021 16.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, AğakişiyevaAləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhəri Vaqonlar qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* №li, 19.10.2021ci il tarixli protokoldan görünür ki, Şəxs 05.09.2021-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhərində ailəsi ilə birlikdə yaşayır. 05.09.2021-ci ildə axşam saatlarında evdə olduğu zaman yeznəsi Turalın bacısı Zərərçəkmiş şəxs öz az yaşlı övladları ilə birlikdə onların evinə gəlmişlər. Söhbət zamanı bacısı Turanə ilə Samirə aralarında mübahisə yarandı. Mübahisə zamanı o, Samirədən evi tərk etməyini tələb etdi , Samirə uşaqları ilə birlikdə çıxıb getdi. O, Samirəni vurmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qardaşı Tural 2016-cı ildə Turanə Əliyeva ilə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Son zamanlar qardaşı Tural ilə gəlinləri Turanə arasında söz-söhbət yaranmış və Turanə atası evinə getmişdir. Turanə təxminən iki aydır ki, atası evində qalır. 05.09.2021-ci il tarixdə axşam saatlarında o, iki övladı ilə birikdə qardaşı uşaqlarını görmək üçün Turanəgilə getmişlər. Turanəgildə qardaşı uşaqları ilə görüşdü. Qardaşı Tural xahiş etmişdir ki, uşaqların şəklini çəkib gətirsin. O, telefonu çıxarıb uşaqların şəklini çəkmək istəyəndə Turanə icazə vermək istəmədi, aralarında mübahisə yarandı. Mübahisə zamanı Turanənin qardaşı Şəxs onlara yaxınlaşdı, qolundan tutub itələdi, sonra əli ilə onu vurdu. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 07.09.2021-ci il tarixli 576 № li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət- hər iki baldır nahiyyəsində, kürək nahiyyəsində və sol bazuda qançılar, küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05.09.2021-ci il tarixə uyğundur. Sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilmir. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır.Məhkəmə hesab edir ki, Şəxs izahatı özünü müdafiə xarakteri daşıyır, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi və iş materialları ilə təkrib olunur. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs məsuliyyətini yungülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs məsuliyyətini ağırlaşdıran halın olmamasını, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün kifayətdir və inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-935/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-935/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver