Məhkəmə qərarları › İş №3(051)-936/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-936/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-936/2021 09.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1, psixoloq-pedoqoq X2 iştirakı ilə, Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1970-ci il tarixdə Mingəçevir şəhəridə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşayan Şəxs Azərbayjan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, vaqonlar qəsəbəsində yerləşən evində X1 bədən nahiyyəsinə, əl və ayaqları ilə vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin, şahidlərin izahatı, və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Samirə Hüseynovanı nə vurmamışdır nədə döyməmişdir. 05.09.2021-ci il tarixdə Samirə Hüseynova az yaşlı iki övladı və qardaşı Tural Əliyevlə birlikdə onların yaşadığı Mingəçevir şəhəri Vaqonlar qəsəbəsinə gəlmişlər. Bundan sonra onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Samirə Hüseynova onları söyüb təhqir etmişdir. O isə onun evində sakit olmasını tələb etmişdir. Samirə yalan danışır. Onun və ailəsi haqqında polis şöbəsinə yalan məlumatlar vermişdir. Düzdür onlar arasında mübahisə olmuşdur, lakin Samirəni vurması və ya döyməsi halı olmamışdır. Bütün bunlar yalan məlumatdır. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 05.09.2021-ci il tarixdə qardaşı Tural Əliyev və az yaşlı övladları ilə birlikdə TRuranə Əliyevanın yaşadığı atası evi olan Mingəçevir şəhəri Vaqonlar qəsəbəsində yerləşən evinə getmişdilər. Qardaşı Tural onları çöldə avtomobildə gözləmişdir. Onlar Turanənin yaşadığı evə daxil olduqdan sonra evdə olan Turanə Əliyeva, atası Şəxs anası Sabirə Tağıyeva ilə və qardaşı Tural Mirzəliyevlə salamlaşdıqdan sonra yerdən əyləşmişdir. Sonra söhbət əsnasında övladlarının boş yerə ailələrinin dağılmasını bildirmişdir. Sonra arlarında mübahisə yaranmışdır. Daha sonra Sabirə Tağıyeva ona irad bildirərək evindən çıxıb getmələrini bildirdi. Bundan sonra aralarında mübahisə yaranmış mübahisə zamanı Sabirə Tağıyeva , Şəxs və Tural Mirzəliyev onu yaşadıqları evdə əl və ayaqları ilə vuraraq bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmişlər. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə şahid qismində dindirilmiş, X4 ifadəsində göstərdi ki, o, heçnə görməmişdir heçnə eşitməmişdir. İşdə şahid qismində dindirilmiş, X6 ifadəsində göstərdi ki, xanım sakit gəldi 40 dəqiqə sonra gəlidiyi kimi sakitdə getdi. İşdə iştirak edən zərərçəkən şəxsin az yaşlı uşağı Hüseynov Anar qanuni nümayəndəsi X1 və psixoloq-psixoloq Məmmədov Şahin Cahangir oğlunun iştirakları ilə dindirilən zaman izahatında göstərdi ki, Samirənin oğludur. Dayısının qaynanası anasının saçından tutub çıxardı çölə kişi ilə oğlu isə anasının qolundan ayağından vurdu. İşdə iştirak edən zərərçəkən şəxsin az yaşlı uşağı Hüseynov Abbas qardaşı Anarın izahatına uyğun izahat verərək deyilənləri təsdiqlədi. İşdə olan 07 sentyabr 2021-ci il tarixli, 576 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər- hər iki baldır nahiyyələrində, kürək nahiyyəsində və sol bazuda qançırlar sağ təpə nahiyyəsində hematoma küt əşyanın təsirindən əmələ gəlmiş, törənmə müddəti 05.09.2021-ci il tarixə uyğun gəlir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 05 sentyabr 2021-ci il tarixdə Mingəçevir şəhərində vaqonlar qəsəbəsində yerləşən evində X1 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə, Şəxs məhkəmə iclası zamanı izahatında göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, həmin dəlillərin heç bir əsası yoxdur. Belə ki, Şəxs məhkəmə iclası zamanı zərərçəkmiş şəxsi sübutlarla təkzib olunmuşdur. İş üzrə dindirilmiş şahidlər X4 və X3 ifadələrinə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, həmin şahidlər barəsində inzibati xəta haqıında protokol tərtib edilmiş Şəxs qonşuları olmaqla yaxın münasibətdə olduqları üçün onlartın verdiyi ifadələri inandırıcı hesab etmir və tənqidi yanaşaraq mötəbər sübut kimi qəbul etmir. İş üzrə dindirilmiş az yaşlı şahidlərin ifadələrini hadisənin bilavasitə şahidi olduğu üçün onların verdiyi ifadələri mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi inzibati xəta törətmiş şəxs formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunur. Ona görə də məhkəmə Şəxs məhkəmə iclası zamanı bildirdiklərinə tənqidi yanaşır və nəzərə almır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar