Məhkəmə qərarları › İş №3(051)-940/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-940/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-940/2021 08.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Mingəçevir şəhər PŞ tərəfindən tərtib edilmiş MN ******* №li 07.12.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06.12.2021-ci ildə Mingəçevir şəhəri H.Əliyev prospektində yaşadığı evdə narkotik vasitə olan marixuana qəbul edərək inzibati xəta törətmişdir. Ona görə də barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhərində ailəsi ilə birlikdə yaşayır. 06.12.2021-ci il tarixdə küçədə bir ədəd büküm görüb götürdü, bükümü açıb baxdıqda içərisindəkinin narkotik vasitə heroin olmasını bilib, cibinə qoyub, evlərinə apardı və yaşadığı evdə narkotikdən istifadə etdi. 07.12.2021-ci il tarixdə saat yaşadığı evdə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq Mingəçevir şəhər polis şöbəsinə gətirildi və narko-testlər zamanı onun narkotik vasitə qəbul etdiyi məlum oldu. Əməlindən peşimandır. Şəxs təqsirli olması özünün etirafı və iş üzrə toplanmış sənədlərlə sübut olunmuşdur. İnzibati materiala əlavə olunmuş 544 №li, 07.12.2021-ci il tarixli tibbi müayinə protokolunda görünür ki, Şəxs müayinə zamanı narkotik vasitə olan heroin qəbul etməsi aşkar olunmuşdur. İnzibati materiala əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserin 1470 №li 08.12.2021-ci il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati xəta törədən Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli tutulduğu vaxtdan, 07.12.2021–ci il tarixdən saat 21:00-dan hesablansın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar