Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-944/2025 08.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Goranboy rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, C.Əliyev küçəsi, 5 saylı binanın qarşısında Zərərçəkmiş şəxs vuraraq, fiziki ağrı yetirərək onu qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2 saylı MİS-də dalandar işləyir. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər heç bir ədavət və ya dava-dalaş olmamışdır. Lakin sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 08:45 radələrində Mingəçevir şəhəri, C.Əliyev küçəsi 5 saylı binanın qarşısında Zərərçəkmiş şəxs maşından düşər-düşməz zibili kimin yandırdığını soruşmuşdur. Bundan sonra Aysel kobud danışmış və onun ünvanına nalayiq sözlər demişdir. Mübahisə vaxtı Aysel onun üzərinə hücum etmiş və əl-qol atmışdır. Bu səbəbdən də o, qarşılıq verərək, Ayselin saçından tutub yolmuşdur. Sonra ətrafda olan şəxslər onları ayırmışlar. Hadisə zamanı Ayselə başqa formada zərbə vurmamışdır. Bununla belə, əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzr də istəmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 08:45 radələrində işə gedən zaman binanın qarşısında ocaq yandırıldığını görmüş və həmin vaxtı binanın qarşısından keçən, adlarının isə sonradan Alidə və Türkan olmasını öyrəndiyi şəxslərdən ocağı kimin yandırdığını soruşmuşdur. Həmin şəxslər əvvəlcə özlərinin yandırmadıqlarını demişlər. O isə sadəcə olaraq “gedib kim yandırıbsa ona deyin ki, bir də binanın qarşısında ocaq yandırmasın” demişdir. Bu zaman həmin qadınlar onunla kobud formada danışmağa başlamışlar. O da Türkan və Alidəyə “çıxıb gedin” demişdir. Bundan sonra həmin qadınlar onunla mübahisə etmişlər və onun ünvanına nalayiq sözlər demişlər. Mübahisə zamanı onun üzərinə getmiş və onun saçından tutub yolmuşlar, zərbələr vurulmuşdur. Sonra ətrafda olan şəxslər onları ayırmışlar. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Türkan və Alidə iş yoldaşıdır. Lakin zərərçəkmiş şəxsi tanımır. Belə ki, onlar işləyən vaxt sonradan tanıdığı Aysel maşından düşüb Türkan və Alidə ilə mübahisə etməyə başlamışdır. Onların dalaşdıqlarını görmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan inzibati xəta haqqında iş üzrə icraat açmaq haqqında qərardaddan görünür ki, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. MTE və PA Birliyinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli 432 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol baldırda, qarın və kürək nahiyyələrində qançırlar, alın nahiyyəsində sıyrıqlar bərk əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, C.Əliyev küçəsi, 5 saylı binanın qarşısında Zərərçəkmiş şəxs vuraraq ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-944/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-944/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver