Məhkəmə qərarları › İş №3(051)-949/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-949/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-949/2021 27.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X6, qərarında şikayət verilmiş Qida X1 Regional bölməsinin nümayəndəsi X3 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Qida X1 regional bölməsinin rəisinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li 25.11.2021-ci il tarixli qərarından şikayətinə baxaraq M ü ə y y ə n e t d i m: X6 Azərbaycan Respublikasının Qida X1 regional bölməsinin rəisinin MN ******* №li 25.11.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermişdir. Məhkəmə iclasında X6 izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 53 №li ünvanda yerləşən “Bazarstore” mağazasında mağaza müdiri işləyir. 17.10.2021-ci il tarixdə Mingəçevir şəhər PŞ-nin əməkdaşları onun işlədiyi mağazaya daxil olub istehlak müddəti keçmiş “Tadım” adlı quru meyvə paketlərini aşkar etdilər. Məlum oldu ki, mağazada vaxtı keçmiş məhsulu alan müştəri polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis əməkdaşları onun cərimə olacağını bildirdilər. Barəsində inzibati xəta haqqında protokol tərtib etdilər və protokolun bir surətini ona təqdim etdilər. Bir neçə gün sonra AQTA-nin əməkdaşı onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq inzibati xəta haqqında işə baxılması ilə əlaqədar 25.11.202-ci ildə AQTA-nin Bərdə regional bölməsinə gəlməsini bildirdilər. Lakin o, həmin gün AQTA-nin Bərdə regional bölməsinə getmədi. Sonra ona göndərilmiş qərarın surətindən məlum oldu ki, AQTA-nin MN ******* №li 25.11.2021-ci il tarixli qərarı ilə İXM-nin 447.0.2-ci maddəsinə əsasən 1500 manat cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanunsuzdur. Çünki iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, işin halları sübut olunmamışdır. Ona görə də Azərbaycan Respublikası Qida X1 regional Bölməsinin rəisinin onun barəsində tərtib etdiyi MN ******* №li 25.11.2021-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir. Qərarından şikayət verilmiş AQTA-nin Bərdə regional bölməsinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhərində yaşayan vətəndaş polis şöbəsinə şikayət ərizəsi yazaraq Mingəçeviur şəhəri H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasından aldığı “Tadım” quru yemiş qidasını evə gətirdikdən sonra istifadə müddətinin keçdiyini gördüyünü və qanuni tədbir görülməsini bildirmişdir. Mingəçevir şəhər PŞ-nin əməkdaşları tərəfindən “Bazarstore” marketində satışa qoyulmuş və yararsızlıq müddəti keçmiş bir neçə “Tadım” adlı quru meyvə paketləri aşkar olunmuşdur. Mağaza müdiri C.Nəsibovun iştirakı ilə akt tərtib edilmiş, həmin məhsullar götürülmüşdür. Eləcə də X5 iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol və digər sənədlər baxılması üçün aidiyyəti üzrə AQTA-nin Bərdə Regional bölməsinə göndərilmişdir. İnzibati işə baxılmasının vaxtı barədə Cəmil Nəsibova bildiriş göndərilmiş, eləcə də telefon vasitəri ilə bu barədə ona məlumat verilmişdir. Lakin C.Nəsibov AQTA-nin Bərdə regional bölməsinə gəlməmişdir. İnzibati protokola və protokola əlavə edilmiş sənədlərə baxılaraq Bərdə regional Bölməsinin rəisinin 25.11.2021-ci il tarixli qərarı ilə X6 İXM-nin 447.0.2ci maddəsinə əsasən 1500 manat cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını xahiş edir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət təmin olunmamalıdır. İşə əlavə edilmiş Rzayeva Gülnar adlı vətəndaşın Mingəçevir şəhər PŞ-ə yazdığı ərizədə göstərilir ki, 26.10.2021-ci il tarixdə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Bazarstore” dən alış-veriş edib evə qayıdandan sonra həmin mağazadan aldığı “Tadım” quru yemiş qidasının istifadə müddətinin bitdiyini gördü. Qanuni tədbir görülməsini xahiş edir. İşə əlavə edilmiş Mingəçevir şəhər polis əməkdaşlarının və mağazanın müdiri Cəmil Nəsibovun iştirakı ilə tərtib edilmiş aktda göstərilir ki, “Bazarstore” də 26.10.2021-ci il tarixdə satışa qoyulmuş və yararlılıq müddəti bitmiş 4 ədəd “Tadum” adlı quru meyvə paketləri aşkar olundu. İşə əlavə olunmuş MN ******* №li 26.10.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 barəsində İXM-nin 447.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşə əlavə olunmuş AQTA-nin Bərdə regional bölməsinin rəisinin MN ******* №li 25.11.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X6 İXM-nin 447.0.2-ci maddəsinə əsasən 1500 (bir min beş yüz) manat cərimə olunmuşdur. Məhkəməyə təqdim edilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Cəmil Nəsibovun müdir işlədiyi “Bazarstore” mağazada istifadə müddəti keçmiş qida məhsulları aşkar olunmuşdur. Ona görə də C.Nəsibov barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, AQTA-nin Bərdə regional bölməsinin rəisinin MN ******* №li 25.11.2021-ci il tarixli qərarı ilə İXM-nin 447.0.2-ci maddəsinə əsasən 1500 manat cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən saxlama müddəti ötmüş məhsulların satılması inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər 1500 (bir min beş yüz) manatdan 2000 (iki min) manatadək məbləğində cərimə edilir. İşə təqdim edilmiş sübutlara qiymət verərək hesab edirəm ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldım: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 şikayəti təmin olunmasın. X5 barəsində AQTA-nin Bərdə regional bölməsinin rəisinin inzibati xəta haqqında MN0902108 №li 25.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar