Məhkəmə qərarları › İş №3(051)-95/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-95/2022

04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-95/2022 04.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və X1nın iştirakı ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(051)-235/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 11.08.2011-ci il təvəllüdlü Hüseyn, 31.08.2012-ci il təvəllüdlü Zəhra və 28.04.2014-cü il təvəllüdlü Həsən adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 70 manat, cəmi 210 manat məbləğində aliment tutulub iddiaçı X5 verilməsi qərara alınmışdır. Şəxs Mingəçevir şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(051)-235/2020 saylı icra vərəqəsinin icrasını üzrsüz səbəbdən icra etməməsinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, iş üzrə borclu Şəxs Məhkəmənin 22 may 2020-ci il tarixli 2(051)-235/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 11.08.2011-ci il təvəllüdlü Hüseyn, 31.08.2012-ci il təvəllüdlü Zəhra və 28.04.2014-cü il təvəllüdlü Həsən adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 70 manat, cəmi 210 manat məbləğində aliment tutulub iddiaçı X5 verilməsi olduğu halda, davamlı olaraq ödəniş etməmiş, nəticədə 4470 manat məbləğində borcu yaranmışdır. İcra məmuru tərəfindən rəsmi xəbardarlıq edilməsinə və izahatının alınmasına baxmayaraq borclu borcunu ödəməmişdir. Beləliklə borclu tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Hazırda tələbkar ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Borcunu ödəməyəcəyi təqdirdə yenidən şikayətçi olduğunu qeyd etmişdir. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirmişdir ki, X1na olan 4470 manat aliment borcunu ödəməkdən boyun qaçırmır, lakin maddi imkanı olmadığı üçün yaranmış aliment borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda tələbkar ilə öz aralarında razılığa gəlmişdir. Yeni işə girmişdir. Əmək haqqısını alan kimi aliment borcundan ödəniş edəcəkdir. X1 izahatında göstərdi ki, Şəxs icra sənədi təyin olunmuş borcunu vaxtında ödəmədiyi üçün 4470 manat aliment borcu yaranmışdır. Hazır ki iş üzrə ondan aliment tələb etmir. Yeni işə girdiyinə görə hələlik hazırkı iş üzrə şikayətçi olmadığını bildirdi. Aliment borcunu ödəməyəcəyi təqdirdə yenidən şikayətçi olacağını bildirdi. Məhkəmə işdə olan sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs oğlu barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar