Məhkəmə qərarları › İş №3(051)-95/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-95/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-95/2024 20.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Mingəçevir şəhərində yerləşən "xxxx" MMC-nin nümayəndəsi X10 nümayəndəsi və vəkili Vəkil, qərarından şikayət verilmiş X4 X16 nümayəndəsi X11 və X3 iştirakları ilə, "xxxx" MMC-nin vəzifəli şəxsi X10 Azərbaycan Respublikasının X4 X16 “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2023-cü il tarixli qərarından şikayətinə baxaraq MÜƏYYƏNETDİ: X14 Azərbaycan Respublikasının X4 Aran regional bölməsi tərəfindən tərtib edilmiş MN ******* №li xx.xx.2023- cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermişdir. Həmin şikayətə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Məhkəməsində baxılmış, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-884/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Mingəçevir şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru X10 şikayəti təmin olunmamış, "xxxx" MMC-nin direktoru X10 barəsində AQTAnin X16 rəisinin MN ******* №li xx.xx.2023cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonra qərardan narazı olan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Mingəçevir şəhərində yerləşən "xxxx" MMC-nin nümayəndəsi X1 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-884/2023 saylı qərarından apelyasiya şikayəti vermişdir. İnzibati iş baxılması üçün materialları ilə birlikdə Şəki Apellyasiya məhkəməsinə göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-14/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X14 və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 3(051)-884/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir şəhər məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X10 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı bildirdi ki, X4 X16 əməkdaşları "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yoxlama aparmış nəticədə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 220.2, 444.1 və 447.0.3-cü maddəsi ilə protokol tərtib etmiş, nəticədə Agentliyinin rəisinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla o, 1500 manat cərimə edilmişdir. X1 şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən "xxxx" MMC-nin direktorudur. MMC-nin fəaliyyət növü 6820002-Digər daşınmaz əmlakın icarəyə verilməsi üzrə fəaliyyətdən ibarətdir. O, Cəmiyyətə məxsus əmlak kompleksində hər biri 4 kv.m olmaqla ərazini vətəndaşlar X2 və X6 icarəyə vermişdir. İcarə müqaviləsində birmənalı şəkildə göstərilmişdir ki, həmin ərazi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu şəxslərə icarəyə verilir. İcarəyə götürülmüş sahədə icarədər hansı fəaliyyətlə məşğul olursa o, ona icarəyə verən kimi cavabdeh deyil. Əgər o, öz fəaliyyəti zaman qanunvericiliyinin tələblərini pozubsa, özü də cavab verməlidir. Odur ki, Azərbaycan Respublikasının X4 Aran regional bölməsi tərəfindən tərtib edilmiş MN ******* №li xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikası Qida X9 X16 Qida Təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X15 çıxışında bildirdi ki, yoxlama zamanı məlum olmuşdur ki, bazarda həyata keçirilən süd və süd məhsullarının üzərində qida təhlükəsizliyi sahəsində qəbul olun normativ hüquqi aktlarla nəzərdə tutulmuş etiket məlumatlarına rast gəlinməmiş, bu aktlarda nəzərdə tutulmuş qaydalara riayət etmədən istehsal olunmuş, saxlanılmışdır. Eyni zamanda həmin tələblərə riayət olunması üçün bazar sahibi tərəfindən şərait yaradılmamışdır. Bu şəraitdə saxlanan qida məhsulları istehlakçılar tərəfindən istifadə olunur, bu isə insan sağlamlığı üçün təhlükə yaradır. Bazar kimi fəaliyyət göstərən "xxxx" MMC-də mövcud antisanitar vəziyyəti sübut edən foto-şəkillər məhkəməyə təqdim olumuş və X16 rəisinin xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin nümayəndəsi X14 İXM-nin 447.0.3-cü maddəsinə əsasən 1500 manat cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını xahiş edir. Qərarından şikayət verilmiş AQTA-nin X16 nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında X11 izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru X14 İXM-in 447.0.3-cü maddəsində nəzərdə tutulmuş İnzibati xətanın subyektidir. Məhkəmə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 6/11 №li icarə müqaviləsindən görünür ki, "xxxx" MMC məxsus əmlak kompleksində hər biri 4 kv.m olmaqla ərazini X6 icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixli 9/2 №li icarə müqaviləsindən görünür ki, "xxxx" MMC məxsus əmlak kompleksində hər biri 4 kv.m olmaqla ərazini X2 icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixli 3-44-9/2-1848/2023-cü saylı AQTA-nin Aran regional bölməsi tərəfindən "xxxx" MMC-nə göndərilmiş məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək AQTA-nin Aran regional bölməsi tərəfindən plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. Yoxlama materiallarına baxılması üçün "xxxx" MMC-nin direktoru Yadigar Dadaşova xx.xx.2023-cü il tarixli 3-44-9/2-1764/2023 №li bildiriş göndərilmişdir. AQTA-nin Aran regional bölməsi tərəfindən təqdim edilmiş fotoşəkillərdə "xxxx" MMC-yə məxsus bazarda qida məsullarının standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən vəziyyətdə satılması müəyyən edilir. xx.xx.2023-cü il tarixli MN №1519870 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən "xxxx" MMC-i Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AQTA-nin X16 rəisinin MN ******* №li xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən "xxxx" MMC-nin nümayəndəsi X14 İXM-nin 447.0.3-cü maddəsinə əsasən 1500 (bir min beş yüz) manat cərimə olunmuşdur. "xxxx"xxxx"xxxx" MMC- Mingəçevir şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşir, qeydiyyat tarixi xx.xx.2000-ci il, VÖEN : **********, VÖEN-nin zonası :11 saylı Ərazi Vergilər Baş İdarəsidir, direktor-X14 qeyd edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qərara ləğv edilməli və yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli 6/11 №li icarə müqaviləsindən görünür ki, "Yaşar Firması” MMC məxsus əmlak kompleksində hər biri 4 kv.m olmaqla ərazini X6 icarəyə verilmişdir və xx.xx.2023-cü il tarixli 9/2 №li icarə müqaviləsindən görünür ki, "Yaşar Firması” MMC məxsus əmlak kompleksində hər biri 4 kv.m olmaqla ərazini X2 icarəyə verilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli 6/11 №li icarə müqaviləsi və xx.xx.2023-cü il tarixli 9/2 №li icarə müqaviləsinin şərtlərindən görünür ki, obyektin və ətrafın təmirli, səliqəli saxlanılmasını, əmlakın qorunmasını, sanitar-gigiyena qaydalarına və digər normativlərə əməl etməyi icarəyə götürən öz öhdəsinə götürür. İcarəçi icarəyə götürdüyü obyektə fəaliyyəti zamanı “texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları”na əməl etməyə, bütün xidmət haqları: işıq, su, zibil, vergi, DSMF və. s ödəmələri ödəməyə cavabdehdir. İcarəçinin təqsiri üzündən icarəyə verənə dəymiş ziyan icarəçi tərəfindən ödənilir. Göründüyü kimi AQTA-nın Aran regional bölməsi mövqeyini onunla əsaslandırmışdır ki, icarə müqavilələri notarial qaydada təsdiq olunmadığından sadalanan pozuntulara görə bazar rəhbərliyi məsuliyyət daşımalıdır. Halbuki, qeyd edilən icarə müqavilələrindən müəyyən olunur ki, həmin müqavilələr bir illik müddətə bağlanılmışdır. Mülki qanunvericiliyə görə daşınmaz əmlak üzərində yalnız sərəncamverici müqavilələrin (alqısatqı, bağışlama və s.) notarial qaydada təsdiq olunması məcburi hal kimi nəzərdə tutulsa da, icarə müqavilələrinin notarial qaydada təsdiq olunması ilə bağlı imperativ tələb qoyulmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, İXM-ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-in 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X14 və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilməli, "xxxx" MMC-nin vəzifəli şəxsi X10 Azərbaycan Respublikasının X4 X16 “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və həmin iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasının X4 Aran regional bölməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının X4 X16 “İnzibati tənbeh vermə haqqında” MN ******* №li, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar