Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-955/2021 28.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Bank Olmayan Kredit X3 Maliyyə MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası X2 X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikası X2 X5 İdarəsi tərəfindən tərtib olunmuş MN №0302747 saylı, 07.12.2021-cİ il tarixli protokoldan görünür ki, Bank Olmayan Kredit X3 Maliyyə MMC İXM-nin 428.7.1-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. X1 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İş materialları ilə müəyyən edilir ki, Bank Olmayan Kredit X3 Maliyyə MMC haqqında protokol tərtib edilən zaman qanunvericiliklə nəzərdə tutulmuş prosedur qaydalara riayyət olunmuş, lakin Azərbaycan Respublikası X2 X5 İdarəsi tərəfindən tərtib edilən protokolda inzibati xətanın dəqiq olaraq kim tərəfindən, hüquqi və ya vəzifəli şəxs tərəfindən törədilməsi tam araşdırlmamışdır. Belə ki, protokol tərtib edilərkən inzibati xətanın törədilməsində təqsirli sayılan Bank Olmayan Kredit X3 Maliyyə MMC-nin fasadında müvafiq icazə olmadan reklam yerləşdirilməsi göstərilmişdir. Lakin reklamın yerləşdirilməsi ilə bağlı müvafiq icazənin alınması və bağlanması hüquqi şəxsin etibarnamə əsasında səlahiyyəti olan şəxsi tərəfindən onun imzası olmaqla həyata keçirilir. Sözü gedən hüquqi şəxs tərəfindən vəzifəli şəxsə Reklam Ageentliyi ilə müaqvilə bağlamaq səlahiyyəti vermiş, bunula əlaqədar müvafiq vəsaitin ayrılması təmin olunmuş, lakin vəzfəli şəxs Agentliklə müqavilə bağlamamışdır. Buradan aydın görünür ki, protokolu tərtib edilərkən protokolu tərtib edən Azərbaycan Respublikası X2 X5 İdarəsi həmin hallara diqqət yetirməmiş, bu səbəbdən protokol tərtib edilərkən həmin xətanın hüquqi və ya vəzfəli şəxs tərəfindən törədilməsi tam araşdırılmamışdır. Həmçinin iş materiallarından görünür ki, hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etmişdir. Lakin Azərbaycan Respublikası X2 X5 İdarəsi vəzifəli şəxsin hərəktlərinə görə hüquqi şəxsin məsuliyyət daşıyıb daşımamasını araşdırmamşdır. Məhkəmə Azərbaycan Respublikası X2 X5 İdarəsi tərəfindən tərtib edilmiş protokola xitam verilməsi məqsədə müvafiq olmadığından hesab edir ki, sözügedən hallar tam araşdırılmadığı üçün protokolun yenidən araşdırılması və baxılması üçün Azərbaycan Respublikası X2 X5 İdarəsinə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə görə protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Bank Olmayan Kredit X3 Maliyyə MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub Qərara aldı: Azərbaycan Respublikası X2 X5 İdarəsi tərəfindən tərtib olunmuş MN №0302747 saylı, 07.12.2021-cİ il tarixli inzibati xəta haqqında protokol baxılıb yenidən araşdırılması üçün geri qaytarılsın. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-955/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-955/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver