Məhkəmə qərarları › İş №3(051)-956/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-956/2025

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-956/2025 09.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində qərar çıxarılmış X1 müdafiəçisi Vəkil iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31587853, xx.xx.2025-ci il tarixli EQ/31574293, xx.xx.2025-ci il tarixli EQ/31582702, xx.xx.2025-ci il tarixli EQ/31580180, xx.xx.2025-ci il tarixli EQ/31516852, xx.xx.2025-ci il tarixli EQ/31459677, xx.xx.2025-ci il tarixli EQ/31443789 saylı inzibati tənbeh vermə haqqında qərarlarından, barəsində qərar çıxarılmış şəxs X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31459677 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31443789 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31516852 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31574293 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31587853 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31582702 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31580180 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31459677, xx.xx.2025-ci il tarixli EQ/31443789, xx.xx.2025-ci il tarixli EQ/31516852, xx.xx.2025-ci il tarixli EQ/31574293, xx.xx.2025-ci il tarixli EQ/31587853, xx.xx.2025-ci il tarixli EQ/31582702, xx.xx.2025-ci il tarixli EQ/31580180 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bazarda ərzaq məhsullarının satışı ilə məşğuldur. Özünün Ford markalı avtomobili vardır. Həmin avtomobillə həmişə yük daşımışdır. Ford markalı avtomobilin texniki problemi olub. Surət göstərisində problem olduğu üçün hər radarın altından keçəndə surət həddini keçdiyi üçün 10 manat cərimə olunmuşdur. Bundan da onun məlumatı olmamışdır. Ancaq cərimələr barədə nə Polis Şöbəsindən, nə də Məhkəmədən məlumatlandırılmamışdır. ünvan 1 ünvanda yaşasa da, məhkəmədən onun ünvanına heç bir bildiriş göndərilməmişdir. Məhkəmə onun ümumiyyətlə tanımadığı ünvana bildiriş göndərib və hər bir cəriməyə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6(altı) ay müddətinə məhdudlaşdırılmışdır. Sonradan məlumatı olmuşdur ki, onun barəsində 4 inzibati xəta haqqında qərar qəbul olunmuş, həmin qərarları məhkəmədən götürmüşdür. Məhkəmədən götürdükdən sonra həmin cərimələri protokolun nömrəsi ilə dərhal ödəmişdir. Həmin qərarlarda göstərilmiş inzibati cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödədildiyinə görə inzibati xəta haqqında qərarlara xitam verilmişdir. Məhkəmə qərarları Polis orqanına göndərilmiş, ona isə məlumat verilməmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)- 644/2025 nömrəli qərarına əsasən X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-644/2025 nömrəli qərarına xitam verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-660/2025 nömrəli qərarına əsasən X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-660/2025 nömrəli qərarına xitam verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-643/2025 nömrəli qərarına əsasən X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-643/2025 saylı inzibati xəta haqqında qərarına inzibati cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödənildiyinə görə xitam verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-656/2025 nömrəli qərarına əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-656/2025 nömrəli qərarına xitam verilmişdir. Oktyabr ayının sonlarında sistemdə sürücülük hüququnun olmadığı göründüyü üçün İXM-nin 332.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ/31459677, xx.xx.2025-ci il tarixli EQ/31443789, xx.xx.2025-ci il tarixli EQ/31516852, xx.xx.2025-ci il tarixli EQ/31574293, xx.xx.2025-ci il tarixli EQ/31587853, xx.xx.2025-ci il tarixli EQ/31582702, xx.xx.2025-ci il tarixli EQ/31580180, saylı inzibati tənbeh vermə haqqında qərarlarla 360 manat (on gün müddətində) sonra isə 400 manat olmaqla cərimələnmişdir. Bu cərimə ilə bağlı qərarlar ona əsassız tətbiq edilmişdir. 360 manat cərimə isə, 10 gün keçdikdən 400 manat olmuşdur. Hazırda qanunsuz olaraq 2800 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərarlar qanunsuz olduğu üçün ləğv edilməlidir. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31459677, xx.xx.2025-ci il tarixli EQ/31443789, xx.xx.2025-ci il tarixli EQ/31516852, xx.xx.2025-ci il tarixli EQ/31574293, xx.xx.2025-ci il tarixli EQ/31587853, xx.xx.2025-ci il tarixli EQ/31582702, xx.xx.2025-ci il tarixli EQ/31580180 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin nümayəndəsinə və şikayətçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31459677, xx.xx.2025-ci il tarixli EQ/31443789, xx.xx.2025-ci il tarixli EQ/31516852, xx.xx.2025-ci il tarixli EQ/31574293, xx.xx.2025-ci il tarixli EQ/31587853, xx.xx.2025-ci il tarixli EQ/31582702, xx.xx.2025-ci il tarixli EQ/31580180 nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, FORD TRANSİT YÜK markalı, 99OF597 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2021ci il tarixdə X2 verilmiş, xx.xx.2031-ci il tarixədək etibarlıdır və B1, B, C1, C kateqoriyalıdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-644/2025 nömrəli qərarına əsasən X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-644/2025 nömrəli qərarına xitam verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-660/2025 nömrəli qərarına əsasən X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-660/2025 nömrəli qərarına xitam verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-643/2025 nömrəli qərarına əsasən X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)- 643/2025 saylı inzibati xəta haqqında qərarına inzibati cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödənildiyinə görə xitam verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-656/2025 nömrəli qərarına əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-656/2025 nömrəli qərarına xitam verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ/31459677 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ/31443789 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ/31516852 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ/31574293 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ/31587853 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ/31582702 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ/31580180 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, X5 AR İXM-in 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/31443789 saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 400 manat məbləğində inzibati cərimə edilmiş, endirim məbləği 40 manat olmaqla, onun cəmi 360 manat məbləğində cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, X5 AR İXM-in 328.1ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/31459677 saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 400 manat məbləğində inzibati cərimə edilmiş, endirim məbləği 40 manat olmaqla, onun cəmi 360 manat məbləğində cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, X5 AR İXM-in 328.1ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/31516852 saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 400 manat məbləğində inzibati cərimə edilmiş, endirim məbləği 40 manat olmaqla, onun cəmi 360 manat məbləğində cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, X5 AR İXM-in 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/31574293 saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 400 manat məbləğində inzibati cərimə edilmiş, endirim məbləği 40 manat olmaqla, onun cəmi 360 manat məbləğində cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, X5 AR İXM-in 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/31587853 saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 400 manat məbləğində inzibati cərimə edilmiş, endirim məbləği 40 manat olmaqla, onun cəmi 360 manat məbləğində cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, X5 AR İXM-in 328.1ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/31580180 saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 400 manat məbləğində inzibati cərimə edilmiş, endirim məbləği 40 manat olmaqla, onun cəmi 360 manat məbləğində cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, X5 AR İXM-in 328.1ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/31582702 saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 400 manat məbləğində inzibati cərimə edilmiş, endirim məbləği 40 manat olmaqla, onun cəmi 360 manat məbləğində cəriməsi yaranmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsə xx.xx.2025-ci il tarixdə saat 10:50-də, xx.xx.2025-ci il tarixdə saat 10:10-da, xx.xx.2026-cı il tarixdə saat 10:00-da, xx.xx.2026-cı il tarixdə saat 10:00-da, xx.xx.2026-cı il tarixdə saat 09:30-da və xx.xx.2026-cı il tarixdə saat 15:00-da keçiriləcək məhkəmə prosesləri barədə məlumat verilmiş və mübahisənin tam, hərtərəfli, obyektiv araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/31459677, xx.xx.2025-ci il tarixli EQ/31443789, xx.xx.2025-ci il tarixli EQ/31516852, xx.xx.2025-ci il tarixli EQ/31574293, xx.xx.2025-ci il tarixli EQ/31587853, xx.xx.2025-ci il tarixli EQ/31582702, xx.xx.2025-ci il tarixli EQ/31580180 nömrəli inzibati tənbeh vermə haqqında qərarların verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi xahiş edilsə də, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nə də yuxarıda göstərilən qərarların verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini və iş üzrə əhəmiyyəti olan hallara dair sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən Bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.1-1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 57-1.1-ci maddəsində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi, habelə nəqliyyat vasitəsinə bir neçə şəxsin sahiblik hüququ olduqda həmin şəxslərdən birinin elektron müraciəti əsasında onun bu Məcəllənin 122.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi qismində qəbul edilməsi və inzibati xəta haqqında elektron qərarların onun barəsində çıxarılması üçün müvafiq imkanların olmasını təmin etməlidir. Həmin Məcəllənin 125.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilmiş, bu Məcəllənin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə də göndərilir. Həmin Məcəllənin 125.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar və istinad edilən normaların müddəaları əsasında baxaraq, qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli İXM-in 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsini foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar etsə də, xüsusi texniki vasitələrin məlumatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürsə də, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarsa da və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənsə də, təsdiq edilmiş həmin qərarı real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərsə də, inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi olan X3 inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırmamış, nə də məlumatlandırılması haqqında bu Məcəllənin 57-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada qeyd yerləşdirməmişdir. Eyni zamanda inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verməsinə və tələb etməsinə baxmayaraq, barəsində elektron qərarlar çıxarılmış X2 həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməmişdir. Halbuki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmasını tənzimləyən prosessual hüquq normalarının tələbinə görə inzibati xəta hadisəsinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə İXM-in 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İşin araşdırılan hallarından görünür ki, səlahiyyətli vəzifəli şəxs tərəfindən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefon nömrəsi qeyd edilməmiş, nə də onun internet informasiya ehtiyatında elektron kabinetinin yaradılmaması nəzərə alınmamış, həmçinin qeyd edilməli olan zəruri məlumatlar telefon, poçt və internet vasitəsilə elektron qaydada yenilənməmişdir. Nəticədə, şəxsin hansı tarixdə barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən məlumatı olmamışdır. Halbuki, Qanunverici nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini və müvafiq məlumatların dövlət qeydiyyatını həyata keçirən orqana verilməsini fiziki şəxslərin, lakin həmin məlumatlar dəyişdikdə, onların 3 gün müddətində yenilənməsini təmin etməyi isə müvafiq icra hakimiyyəti orqanın səlahiyyətli şəxsinin vəzifəsi kimi müəyyən etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edərkən İXM-də nəzərdə tutulmuş prosessual normaların tələblərinə əməl etməmişdir. Belə olan halda həmin qərarların icra olunması tələb edilə bilməz. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəs) tərəfindən inzibati xəta haqqında elektron qərar qəbul edilərkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində elektron protokol tərtib edilmiş və qərar çıxarılmış şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta elektron qərar barədə barəsində qərar çıxarılmış şəxsə SMS məlumat göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57-1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: Həmin Məcəllənin 57-1.1.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; Həmin Məcəllənin 57-1.1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir Həmin Məcəllənin 57-1.2-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatında yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları “İCMAL” informasiya sisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Mingəçevir Şəhər Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə çıxarılmış 3(051)-656/2025 nömrəli, xx.xx.2025-ci il tarixdə çıxarılmış , 3(051)-644/2025 nömrəli, xx.xx.2025-ci il tarixdə çıxarılmış 3(051)- 660/2025 nömrəli və xx.xx.2025-ci il tarixdə çıxarılmış 3(051)-643/2025 nömrəli inzibati xəta haqqında qərarlar barəsində qərar çıxarılmış şəxsə göndərilsə də, qeydiyyatda olduğu və yaşadığı ünvan inzibati xəta haqqında protokolda düzgün qeyd edilmədiyinə görə çatdırılması mümkün olmamış, həmçinin telefon nömrəsi olmadığına görə protokola baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə SMS bildiriş göndərilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərarlar 3 ay müddətində icra edilmədiyinə görə baxılması üçün məhkəməyə göndərilmiş, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli və xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokollarda X1 istifadəsində olan telefon nömrəsi qeyd edilməmiş, qeydiyyatda olduğu və yaşadığı ünvan isə ünvan 3rə də məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə bildirişi həmin ünvana göndərmiş, telefon nömrəsi olmadığına görə SMS bildiriş göndərilməmişdir. Məhkəmə sonuncu yaşayış yeri üzrə Mənzil İstismar Sahəsinə bildiriş və qərar göndərsə də, X5 həmin ünvanda heç vaxt qeydiyyatda və yaşamadığına görə ona çatdırılması mümkün olmamışdır. Halbuki, X5 yaşayış yeri üzrə ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. Göründüyü kimi X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Mingəçevir Şəhər Məhkəməsinin barəsində qəbul edilmiş qərarlarından məlumatı olmamışdır. Ona görə də o, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaqla inzibati xəta törətməsinə baxmayaraq, onun barəsində sürücülük hüququ məhdudlaşdırılmış şəxs kimi inzibati tənbeh tətbiq edilmişdir. Bu hal isə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh törədilmiş inzibati xətaların xarakterinə və onun törədilməsi hallarına uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxsin vaxtında məlumatlandırılmaması, onun barəsində ədalətli olmayan inzibati tənbeh tədbirlərinin tətbiq edilməsinə səbəb olmuşdur. Bu hal isə barəsində qərar qəbul edilmiş şəxsin İnzibati Xətalar Məcəlləsində təsbit edilmiş prosessual hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduğundan, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45-2.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarla bağlı məlumatların “İCMAL” informasiya sisteminə ötürülməsi bu Məcəllənin 117.3-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 117.3-cü maddəsinə məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu həmin iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş prokurora və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə, habelə həmin qərar barədə məlumatı “İCMAL” informasiya sisteminə göndərir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya prokuror həmin qərar daxil olduğu vaxtdan 3 gün müddətində bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulan məlumatları müvafiq olaraq səlahiyyətli orqanın informasiya sisteminə və ya “Elektron prokurorluq” informasiya sisteminə yerləşdirir. Həmin Məcəllənin 117.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs məhkəmə tərəfindən çıxarılan inzibati xəta haqqında iş üzrə qərarlar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq məlumatlandırılır. Göründüyü kimi sadalanan hüquq normalarında Qanunverici orqan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlərə baxarkən, çıxarılan inzibati xəta haqqında iş üzrə qərarlar barədə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi İXM-in 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq məlumatlandırılmasını imperativ qaydada müəyyən etmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X1 inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31459677, xx.xx.2025-ci il tarixli EQ/31443789, xx.xx.2025-ci il tarixli EQ/31516852, xx.xx.2025-ci il tarixli EQ/31574293, xx.xx.2025-ci il tarixli EQ/31587853, xx.xx.2025-ci il tarixli EQ/31582702, xx.xx.2025-ci il tarixli EQ/31580180 nömrəli inzibati tənbeh vermə haqqında qərarları Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz qəbul edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin həmin qərarları ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qəraların qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X1 inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31459677, xx.xx.2025-ci il tarixli EQ/31443789, xx.xx.2025-ci il tarixli EQ/31516852, xx.xx.2025-ci il tarixli EQ/31574293, xx.xx.2025-ci il tarixli EQ/31587853, xx.xx.2025-ci il tarixli EQ/31582702, xx.xx.2025-ci il tarixli EQ/31580180 nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X1 inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EQ/31459677, xx.xx.2025-ci il tarixli EQ/31443789, xx.xx.2025-ci il tarixli EQ/31516852, xx.xx.2025-ci il tarixli EQ/31574293, xx.xx.2025-ci il tarixli EQ/31587853, xx.xx.2025-ci il tarixli EQ/31582702, xx.xx.2025-ci il tarixli EQ/31580180 nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar