Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-957/2025 26.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, EP ******* saylı, 14000-02785/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC–nin ünvanına Polşadan idxal edilmiş malların daşındığı 1 ədəd 2015-ci il buraxılış ili DAF XF markalı dartıcı, 1 ədəd 2007-ci il buraxılış ili “CMT” markalı yarımyedək nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2025-ci il tarixdə, daxil olmuş, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. İş üzrə protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Kaylas Kompany” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati icraat başlanılmış və inzibati araşdırma aparılması barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsi tərəfindən Kaylas Kompany” MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İnzibati Xətalar əcəlləsinin 493-cü maddəsinə əsasən icraatı başlanılmış 14000-02785/25 nömrəli iş üzrə səlahiyyətli nümayəndənin xx.xx.2025-ci il tarixdə idarəyə gəlməsi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, təqsirli bilinən "xxxx" MMC-yə barəsində 14000-02785/25 nömrəli iş üzrə Azərbaycan Respublikası İXM-nın 61, 63, 64cü maddələrinə əsasən Kaylas Kompany” MMC etibarnamə ilə nümayəndəsi X1 sual etmişlər. İşdə olan xx.xx.2025-ci il tarixli vahid-avtomatlaşmış idarəetmə sistemi tərəfindən verilmiş məlumatdan görünür ki, malın çatdırılması və boşaldılması, çəkisi 8512 kq, qiyməti 14000 zloty, GB NÖMRƏSİ **********9589 ixracatcı və idxalatçı Kaylas Kompany” MMC, hərəkət marşurtu Polşa-Azərbaycan, malın buraxılması xx.xx.2025, 02:56:11 X6, xx.xx.2025-ci il tarixdə 15:58:50 də X3 tərəfindən qəbul edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, EP ******* saylı, 14000-02785/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC–nin ünvanına Kaylas Kompany” MMC–nin ünvanına Polşadan idxal edilmiş malların daşındığı 1 ədəd 2015-ci il buraxılış ili DAF XF markalı dartıcı, 1 ədəd 2007-ci il buraxılış ili “CMT” markalı yarımyedək nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2025-ci il tarixdə daxil olmuş, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, "xxxx" MMC–nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 493-cü maddəsinə əsasən, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" MMC–nin ünvanına Polşadan idxal edilmiş malların daşındığı 1 ədəd 2015-ci il buraxılış ili DAF XF markalı dartıcı, 1 ədəd 2007-ci il buraxılış ili “CMT” markalı yarımyedək nəqliyyat vasitəsi Azərbaycan Respublikasının təyinat gömrük ərazisinə xx.xx.2025-ci il tarixdə daxil olmuş, lakin 15 (on beş) gün ərzində təyinat gömrük orqanına gətirilən mallara dair gömrük bəyannaməsi tərtib olunmalı olduğu halda gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixində tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxs "xxxx" MMC-nin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə işə baxan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-957/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-957/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver